Hindistanda avtobusun qəzaya uğraması nəticəsində 29 nəfər həlak olub VİDEO
Bakı, 8 iyul, AZƏRTAC
Hindistanın Aqra şəhərində sürət şosesində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ən azı 29 nəfər həlak olub.
AZƏRTAC News18 telekanalına istinadla xəbər verir ki, qəzaya sürücünün idarəetməni itirməsi səbəb olub və nəticədə avtobus kanala aşıb.
İnsident nəticəsində, həmçinin 17 sərnişin müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Hazırda qəzanın baş verdiyi ərazidə xilasetmə əməliyyatı davam edir.
Avtomobil yollarında sıxlıq, yol örtüyünün vəziyyətinin pis olması və sürücülərin intizamsızlığı Hindistanda ciddi yol-nəqliyyat hadisələri ilə müşayiət olunur. Rəsmi məlumata əsasən, hər gün qəzalar nəticəsində ölkədə 400 nəfərə qədər, il ərzində isə təxminən 150 min insan həyatını itirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]