DÜNYA


Vladimir Zelenski: Ali Radanın yeni tərkibdə ilk iclaslarında impiçment haqqında qanun müzakirəyə çıxarılacaq  VİDEO

Kiyev, 21 iyul, AZƏRTAC

Ukrayna Ali Radasının yeni tərkibdə ilk iclaslarında impiçment haqqında qanun layihəsi müzakirəyə çıxarılacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə “exit-poll”un nəticələri açıqlanandan sonra “Xalqın xidmətçisi” partiyasının qərargahında keçirdiyi brifinqdə Ukrayna Prezidenti Vladimir Zelenski məlumat verib.

Qeyd edək ki, Zelenski prezident seçkiləri ərəfəsində impiçment haqqında qanun layihəsinin qəbul olunmasının vacibliyini vurğulasa da, hələ də Ali Radada müzakirəyə çıxarılmayıb.

Xatırladaq ki, “exit-poll”un nəticəsinə görə, Zelenskinin rəhbəri olduğu “Xalqın xidmətçisi” partiyası növbədənkənar parlament seçkilərində seçicilərin 43-44 faiz səsini toplayıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.