Azərbaycan Dövlət İnformasiya Agentliyi

Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləri layihəsi genişlənir

Bakı, 24 iyul, AZƏRTAC

Ötən həftə IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi öz işini uğurla başa çatdırdı.

AZƏRTAC Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətinin əməkdaşı Billurə Aslanqızının yay məktəbi ilə bağlı qeydlərini təqdim edir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Böyük Britaniyada yerləşən “Gənclər Arasında Ümumi Söz” beynəlxalq təşkilatı (ACWAY) və Azərbaycan Respublikasının Gənclər Fondu ilə birgə təşkil etdiyi yay məktəbi çərçivəsində I Beynəlxalq Gənclər Forumu da keçirildi. “Bakı Mədəniyyətlərarası Gənclər Forumu: Dinlərarası dialoqdan fəaliyyətə doğru” Forumunda “Millətlərarası münasibətlərin gələcəyə inteqrasiyası” mövzusunda plenar sessiya, eləcə də “Sülh üçün dialoq”, “Dinlərarası münasibətlərin müxtəlif platformalarda tətbiqi”, “Din və münaqişələrin həlli yolu”, “Multikulturalizm siyasəti və Azərbaycan multikulturalizmi modeli”, “Millətlərarası münasibətlərin gələcəyə inteqrasiyası”, “Din, texnologiya və gənclər: Dinlərarası gələcək”, “Qarşılıqlı hörmətə əsaslanan mədəniyyətlərarası əlaqə”, “Gənclərin mədəniyyətlərarası dialoqda rolu” adlı bölmə iclasları keçirildi. Forum iştirakçılarına Azərbaycandakı multikultural vəziyyət, tolerant əhval-ruhiyyə, etnik-dini müxtəliflik, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin, fərqli konfessiyaların dinc yanaşı yaşaması haqqında mühazirələr təqdim edildi. Yay məktəbi müddətində iştirakçılar Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdilər. Onlar BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev, Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov və “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Tural Gəncəliyevlə görüşlərdə iştirak etdilər. Üç gün davam edən Forumdan sonra Yay məktəbinin iştirakçıları Oğuz, Qəbələ və Şəki rayonlarına səfər etdilər. Səfər zamanı onlar Oğuzda Yuxarı və Aşağı məhəllə sinaqoqlarına, Xalxal meşəsinə, Şəkidə Karvansaraya, Kiş kəndindəki qədim Alban məbədinə, Qəbələdə udilərin yaşadığı Nic qəsəbəsinə, Alban-Udi xristian kilsəsinə, habelə Şahdağ Qış-Yay Turizm Kompleksinə baş çəkdilər. Azərbaycandakı tolerant və multikultural mühit, habelə gözəl təbiət, yüksək qonaqpərvərlik yay məktəbi iştirakçılarını heyran etdi. Onlar Azərbaycanı çox bəyəndiklərini, burada gördüklərini öz ölkələrində də təbliğ edəcəklərini və yenidən bu gözəl diyara gəlmək arzusunda olduqlarını ifadə etdilər.

Mərakeşli jurnalist və tədqiqatçı Əl Mahcub Dasaa deyib: Yay məktəbi mənim üçün faydalı oldu. Mən burada Azərbaycan multikulturalizmini kəşf etdim və dini-mədəni müxtəlifliyi parçalanmaya deyil, birliyə necə çevirməyi öyrəndim. Multikulturalizm Mərkəzinin direktoru ilə gələcəkdə Mərakeşlə əməkdaşlıq perspektivini müzakirə etdik. Çox istərdim ki, dini və mədəni müxtəliflik haqqında daha çox öyrənmək üçün yenidən Azərbaycana gəlim.

Ukraynalı Marina Qonçaruk: Mən bir neçə ildir ki, Azərbaycan-Ukrayna layihələrinin təşkilində iştirak edirəm. Mən Azərbaycan multikulturalizmi konsepsiyasını Ukraynada xüsusən də ziyalılar və tələbələr arasında təbliğ edirəm. Bizim tədbirlərdə Azərbaycandan da qonaqlar iştirak edirlər. Xüsusilə, Robert Mobili və Rafiq Danakarinin adlarını qeyd etmək istərdim. İştirak etdiyim bu yay məktəbi həm də mənə Azərbaycan multikulturalizmini Ukraynada daha peşəkar formada necə təbliğ edəcəyimi dəqiqləşdirməkdə kömək oldu.

Rumıniyalı tələbə Oprea Stefan Vlad: Azərbaycana gəlişimdən öncə internet vasitəsilə bu ölkə haqqında az da olsa öyrəndim. Bu səfərimdən sonra isə Azərbaycan barədə daha çox məlumat əldə etdim, mətbəxini, mədəniyyətini və musiqisini çox bəyəndim. Həm də sizin memarlıq üslubunuzdan çox xoşum gəldi. Burada həm qədim, həm də müasir üslubları özündə birləşdirən zəngin memarlıq var. Mən Azərbaycanı çox sevdim.

Amerikalı jurnalist və tədqiqatçı Piter Teys: Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbərinin mühazirəsi xüsusilə diqqətimi çəkdi və mən mühüm məlumatlar əldə etdim. Çox istərdim ki, yay məktəbində Azərbaycan ərazilərinin işğalı mövzusuna daha çox yer ayrılsın. Bir jurnalist kimi deyə bilərəm ki, dünya mətbuatında bu mövzu kifayət qədər işıqlandırılmır. Bu baxımdan, yay məktəbi xarici iştirakçılara Azərbaycan torpaqlarının işğal altında olması haqqında geniş məlumatlar təmin etmək üçün əla fürsətdir. Misal olaraq, yay məktəbi çərçivəsində Xocalı soyqırımı, Şuşanın, Ağdamın və digər ərazilərin işğalı barədə mövzular proqrama daxil edilməli və tədris olunmalıdır. Eləcə də iştirakçılara Dağlıq Qarabağ və ətraf yeddi rayonun işğalı və hazırkı vəziyyət barədə mühazirə keçirilməsi məqsədəuyğundur. Bundan əlavə, Naxçıvan barədə təqdimatlar etmək maraqlı olardı. Azərbaycandakı linqvistik zənginliyi təbliğ etmək, Lahıc, malakanlar və Alban-Udi icması kimi icmaların timsalında ayrı-ayrı dillər və ya dialektlər barədə informasiya vermək yaxşı olardı. Habelə, şəxsən mən XX əsrin əvvəllərini əhatə edən Azərbaycan tarixi, o cümlədən Cümhuriyyət dövrü barədə məlumatları eşitmək istərdim.

Hindistanlı tədqiqatçı Sniha Roy: Mən dinlərarası münasibətlər üzrə tədqiqatçıyam və bu sahədə çoxlu nəzəri biliklərə malikəm. Azərbaycanda isə müxtəlif dinlər, mədəniyyətlər və icmalar arasındakı münasibətlərin təcrübədə necə olduğunu öz gözlərimlə gördüm. Mən burada müxtəlif mənsubiyyətlərə malik insanlarla təmasda oldum. Bu baxımdan, yay məktəbi mənim nəzəri biliklərimi praktik biliklərlə daha da möhkəmləndirdi və tamamladı. Mən istərdim ki, Azərbaycan multikulturalizmi haqqında məqalələr yazım.

Avstraliyalı professor Brayan Adams: Mən Avstraliyada Qrifits Universitetində Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin direktoruyam. Bizim təşkilat anlayış yolu ilə hörmət yaratmaq istiqamətində işləyir. Müxtəlif inanca və mədəniyyətə malik insanları bir araya gətirərək onların arasında anlayış və hörmət yaradılmasına nail olmaq istəyirik. İnsanlar bir-birilərini başa düşdükcə və anladıqca, bir-birilərinin dəyərlərini bilir və hörmət edirlər. Biz əsas diqqətimizi ona görə qarşılıqlı hörmət üzərində cəmləyirik ki, hörmət insanları birləşdirir. Buna görə də güclü cəmiyyət qurmaq üçün hər kəs bir-birinə hörmət etməlidir. Mən ACWAY-in Himayəçilər Şurasının sədriyəm. Bu forumu ACWAY və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycanın Gənclər Fondu ilə birlikdə təşkil ediblər. Forumun əhəmiyyəti həm də ondadır ki, mədəniyyətlərarası və dinlərarası anlaşmaya töhfə verir. Bu isə çox vacibdir. Dünya əhalisinin 85 faizi müxtəlif dini inancların daşıyıcısıdır. İnsanlar isə dünyada baş verən proseslərə öz dini inancları prizmasından baxırlar.

Xatırladaq ki, IX Beynəlxalq Multikulturalizm Yay Məktəbində 38 ölkənin - Azərbaycan, Madaqaskar, Mərakeş, ABŞ, Keniya, Çex Respublikası, Almaniya, Meksika, İngiltərə, Kanada, Hindistan, Avstriya, Yaponiya, Polşa, Rusiya, Efiopiya, Braziliya, Macarıstan, Türkiyə, Pakistan, Ruanda, Sudan, Myanma, Əlcəzair, Kamboca, Zambiya, Kamerun, Argentina, İndoneziya, İsveç, Estoniya, Portuqaliya, Xorvatiya, Qazaxıstan, Rumıniya, Ukrayna, İran və Avstraliya kimi ölkələrin aparıcı universitetlərindən 110 tələbə və tədqiqatçı iştirak edirdi. Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləri layihəsi BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır. Tədris layihəsi çərçivəsində hazırda dünyanın 21, Azərbaycanın isə 39 nüfuzlu ali təhsil ocağında Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün təşkil olunan yay və qış məktəblərinin məqsədi həmin gənclərin nəzəri biliklərini multikultural və tolerant dəyərlərin qorunub yaşandığı ölkəmizdə öz gözləri ilə görüb şahid olmasına şərait yaratmaqdır.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yarandığı gündən Prezident İlham Əliyevin qarşıya hədəf kimi qoyduğu Azərbaycan multikulturalizminin dünyada tanıdılması, beynəlxalq arenada təbliği və təşviqi ilə bağlı əhəmiyyətli layihələr gerçəkləşdirir. Mərkəzin önəmli layihələrindən biri də mütəmadi olaraq ildə iki dəfə təşkil edilən Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləridir. Artıq dəyərli ənənəyə çevrilən Beynəlxalq Multikulturalizm Yay və Qış məktəblərinin nəticəsi olaraq, xaricdə Azərbaycanın gənc dostlarının və onların yaxın çevrəsinin timsalında ölkəmizin haqq işini dəstəkləyən intellektual gənclərdən ibarət ünsiyyət platforması və güclü lobbisi formalaşıb. İntensiv şəkildə davam edən bu proses sübut edir ki, Prezident İlham Əliyevin Azərbaycanın dünyada tanıdılması istiqamətində müəyyənləşdirdiyi hədəflər uğurla reallaşmaqdadır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Savalan Mirzəyev: Azərbaycanın Zəfəri regionda sülhün və sabitliyin təminatıdır

Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb

Naxçıvanda “Sözümüz imzamızdır” və “Arı” kitablarının təqdimat mərasimi olub

Müharibə veteranı Taleh Qasımov: Zəfər Günü xalqımızın qürur mənbəyidir

Tramp Ağ Evin aparat rəhbərini dəyişir

SOCAR və “Honeywell Technologies” arasında Qlobal Çərçivə Sazişi imzalanıb

Tramp: İranın qarşısını almasaydım, İsrail və Yaxın Şərq mövcud olmazdı

Dmanisi Tədris Mərkəzində tədbir: “Zəfər səsləyir bizi”

Birinci Qarabağ müharibəsi qəhrəmanının obrazını göz yaşları ilə yaradan aktyor – Elnur Vəlizadə

AzTV-nin 100 illik yubileyinə həsr olunmuş ensiklopediyanın təqdimatı olub VİDEO

AzTV-nin 100 illik yubileyinə həsr olunmuş ensiklopediyanın təqdimatı olub VİDEO

“Neftçi” “Kəpəz”ə qalib gəlib

Beynəlxalq Çövkən Federasiyasına 7 yeni ölkə üzv qəbul edilib

“Zəfər sədası” müsabiqəsində ən yaxşı bədii qiraətçilər seçilib

Peşə təhsili müəssisələrinin təhsilverənləri üçün keçirilən ixtisasartırma təlimləri yekunlaşıb

Ağdam, Füzuli və Xocavənd məktəbliləri arasında futbol turniri təşkil olunub

Xoreoqraf Şahar Binyamini: Azərbaycan rəqqasları çox istedadlıdırlar

AzTU-da “Şanlı Zəfər tariximiz” adlı tədbir: “Missiya” filmi nümayiş etdirilib

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə yeni xidmətlərin əlavə olunması planlaşdırılır VİDEO

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə yeni xidmətlərin əlavə olunması planlaşdırılır VİDEO

Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub

Gənclər və idman naziri Şuşada məskunlaşan sakinlərin müraciətlərini dinləyib

Qırğız Respublikasının Prezidenti Sadır Japarovdan

Nobel qardaşlarının Azərbaycan irsi Helsinkidə elmi müzakirə mövzusu olub

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti İtaliya Prezidenti Sercio Mattarella ilə görüşüb

ADPU-nun Quba filialında Səməd Vurğunun 120 illik yubileyi qeyd olunub

AMEA-nın elmi müəssisələrində bal sistemi əsasında qiymətləndirmə mexanizmi təkmilləşdirilir

“Turan Tovuz” səfərdə “Qarabağ”ı məğlub edib

Avropa Komissiyası: Çexiya miqrasiya təzyiqi təhlükəsi altında olan ölkələr sırasındadır

“Prezidentimizə söz verdim” – CAHANGİRBƏYLİDƏN REPORTAJ

Qələbənin sədası xalq çalğı alətlərində

Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Ağdərədə vətəndaş müraciətlərini dinləyib

Tbilisidə “Koordinat 44” tamaşasının premyerası olub

Qazaxıstan və Ermənistan TRIPP nəqliyyat dəhlizinin birgə inkişaf perspektivlərini müzakirə ediblər

Praqada 8 Noyabr - Zəfər Günü təntənəli şəkildə qeyd olunub

Zəfər Günü münasibətilə gənclər Əlincəqalaya yürüş ediblər

Zəfər Günü Azərbaycanın gücünün, xalqımızın sarsılmaz birliyinin təcəssümüdür - ŞƏRH

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən

Suriya Türkman Məclisinin sədri, Suriya Xalq Məclisinin üzvü Əbdürrəhman Mustafapaşadan

Türk Dövlətləri Təşkilatının sabiq Baş katibi Kubanıçbek Ömüralıyevdən

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələrin 6-cı raundu keçirilib

NDU-da Zəfər Günü: sərgi, tamaşa və şəhid ailəsinin ehtiramı VİDEO

NDU-da Zəfər Günü: sərgi, tamaşa və şəhid ailəsinin ehtiramı VİDEO

QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

Cahangirbəylinin həyat ağacı - FOTOLAR

MDU-da Dövlət Bayrağı Günü və Zəfər Gününə həsr olunmuş tədbir təşkil olunub

Ağstafada bir ailənin 3 üzvü zəhərlənib

Braziliyada 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir təşkil edilib

Azərbaycan IV Avrasiya Təhlükəsizliyi Konfransında təmsil olunub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər YENİLƏNİB-3 VİDEO

Azərbaycanın Zəfər Gününə həsr olunmuş “Koordinat 44” tamaşası Tbilisidə səhnələşdirilir

İstanbulda Vətən müharibəsi şəhidlərinin xatirəsinə 44 ağac əkilib

Aygün Attar: Azərbaycançılıq dövlətin ideoloji dayanıqlılığının və milli birliyin əsasını təşkil edir

İşğaldan azad edilmiş ərazilərin bərpası və yerli istehsalın inkişafı dayanıqlı məskunlaşma üçün şərait yaradır

UNEC-də bayram tədbiri: Zəfərin 6-cı ildönümü

Konfutsi İnstitutunun direktoru: Hərtərəfli strateji tərəfdaşlıq Azərbaycan və Çin üçün yeni perspektivlər açır

Milli Məclis komitələrinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsinin layihəsi müzakirə olunub

Bakıda keçirilən BMT İdarəetmə İnnovasiyaları Sammiti başa çatıb – YENİLƏNİB

AzerGold” Zəfər Gününu silsilə tədbirlərlə qeyd edib

Dövlət Komitəsində Zəfər Günü münasibətilə tədbir

FHN-in əməkdaşları Zəfər Gününü qeyd ediblər

Bakı Dövlət Universitetində Zəfər Günü qeyd olunub

Dövlət Agentliyinin sədri: Son iki gündə Bakı səmərəli dialoq platformasına çevrildi

Düşənbədə Zəfər Günü təntənəsi: Səfirlikdə bayram tədbiri

Latviyada Azərbaycanın Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Zəfər Günü münasibətilə tədbir keçirilib

Parlamentin komitəsində büdcə zərfinə daxil olan qanun layihələri müzakirəyə çıxarılıb

BMT rəsmisi: Bakıda qurduğumuz tərəfdaşlıqlar ən böyük nailiyyətlərimizdən və dəyərli imkanlarımızdan biridir

Qarsda voleybol üzrə Zəfər Turniri keçirilib

Qadın voleybolçular arasında Azərbaycan Superliqasında yeni mövsüm start götürüb

AQTİ-nin Rəqəmsal və İnnovativ Təlim Mərkəzi fəaliyyətə başlayıb VİDEO

AQTİ-nin Rəqəmsal və İnnovativ Təlim Mərkəzi fəaliyyətə başlayıb VİDEO

“Alphabet” “Qualcomm” şirkətində yarım milyard dollarlıq pay əldə edib

V4 liderləri Aİ-nin genişlənməsini dəstəkləyib, Ukrayna məsələsində fikir ayrılığı qalır

Şotlandiyada polisə hücum edilib, 7 nəfər saxlanılıb

Əlcəzairdə Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

AQTA-da Zəfər Günü qeyd olunub

Daşkənddə “Humay və sehrli Huma quşu” kitabının özbək dilində nəşrinin təqdimatı olub

Avropada təbii qazın qiyməti həftə ərzində 16 faizədək azalıb

London metrosunda iş şəraiti ilə bağlı tətillər keçiriləcək

Şamaxıda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə keçirilib

Macarıstanın "Gripen" qırıcıları bomba təhdidlərinə görə üç dəfə havaya qaldırılıb

İngiltərə Bankının rəhbəri: Aİ ilə əlaqələrin gücləndirilməsi Britaniya iqtisadiyyatının inkişafına təkan verə bilər

Laçında “Böyük Qayıdışın Zəfər bayramı” adlı konsert proqramı VİDEO

Laçında “Böyük Qayıdışın Zəfər bayramı” adlı konsert proqramı VİDEO

BMT sammitində Bakı Kommünikesi elan edilib

Dövlət Xidmətinin nümayəndələri Koreyada daşınmaz əmlakın kadastrı sahəsindəki rəqəmsallaşdırma işləri ilə tanış olublar

Zəfər Günü münasibətilə Vətən müharibəsində iştirak etmiş vəkillərlə görüş olub

Ağdamda 8700-dən çox ağac və dekorativ kol əkilib

Rəqəmsal transformasiya dövründə Azərbaycan televiziyası: çağırışlar, inkişaf meyilləri və perspektivlər

Ekologiya və Təbii Sərvətlər Nazirliyində Zəfər Günü qeyd olunub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Müəllim: Musiqi bacarıqları düzgün tədris və müntəzəm məşğələ ilə inkişaf edir

Yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatında növbəti qaliblər məlum olub

BOS su təchizatı sistemi ilə bağlı analizlərin nəticələrini açıqlayıb

Azərbaycan radiosunun 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans başa çatıb

Ədliyyə naziri Samuxda vətəndaşların müraciətlərini dinləyib

Keniyada Zəfər Günü qeyd olunub, Azərbaycanın postmünaqişə dövrü bərpa təcrübəsi təqdim edilib VİDEO

Keniyada Zəfər Günü qeyd olunub, Azərbaycanın postmünaqişə dövrü bərpa təcrübəsi təqdim edilib VİDEO

Zəfər Günü beynəlxalq hüququn bərpası baxımından mühüm tarixi və siyasi əhəmiyyətə malikdir - ŞƏRH

Bomba təhdidi ilə əlaqədar Sofiya hava limanına iki təyyarə eniş edib

Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Milli qürurumuzun təntənəsi – ADPU-nun Şamaxı filialında Zəfər Günü

Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər

“ASAN xidmət”in və BMT-nin sammitində innovativ idarəetmə həlləri hazırlanıb