Riçard Gir içərisində miqrantlar olan gəmiyə ərzaq gətirib VİDEO
Bakı, 9 avqust, AZƏRTAC
Riçard Gir son bir həftə ərzində Mərkəzi Aralıq dənizində dreyf edən İspaniyaya məxsus “Open Arms” xilasetmə gəmisinə ərzaq məhsulları gətirib.
AZƏRTAC xəbər verir ki, “Eldiario” nəşrinin yazdığına görə, hazırda gəminin içərisində 121 miqrant var. Gəmi sahilə yan ala bilmir, çünki heç bir ölkə onun qəbul etməyə hazır deyil.
Hazırda İspaniyada istirahət edən Riçard Gir miqrantlara şəxsən kömək etmək istəyib. Onu gəmiyə çatdıran yaxtada bu sözləri görmək olardı: “Siz tək deyilsiniz”.