REGİONLAR


Masallıda mini-futbol üzrə rayon turniri keçirilir

Masallı, 19 avqust, Bağır Əliyev, AZƏRTAC

Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ərkivan qəsəbəsinin futbol meydançasında veteran idmançı Rafiz Məmmədovun xatirəsinə həsr olunmuş mini-futbol üzrə rayon turnirinə start verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, turnirin açılış mərasimində çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Şaban Əliyev ölkəmizdə idmanın bütün növlərinə, o cümlədən futbolun inkişafına göstərilən dövlət dəstəyindən danışaraq, yarış iştirakçılarına qələbə sevinci arzulayıb.

Mərasimdə Ərkivan qəsəbə ərazi üzrə nümayəndəsi İsrail Tağıyev, veteran idmançı Çingiz Həşimov, qəsəbə ağsaqqalı Mehman Məmmədov və başqaları çıxış edərək, veteran idmançı Rafiz Məmmədovun keçdiyi həyat yolundan və onun uğurlarından danışaraq, turnirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.

Rayon turnirinin ilk günü “Çaxırlı” və “Aslanlar” komandası üz–üzə gəlib. Oyun 2:1 hesabı ilə “Çaxırlı” komandasının xeyrinə başa çatıb.

Günün digər oyunu “Ərkivan” ilə “Ümid” komandaları arasında keçirilib. Görüş heç-heçə nəticələnib - 1:1.

Turnir avqustun 30-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.