CƏMİYYƏT


Düşənbədə geodeziya, xəritəçəkmə, kadastr və Yerin məsafədən zondlanması üzrə Dövlətlərarası Şuranın sessiyası keçiriləcək

Bakı, 11 sentyabr, AZƏRTAC

Sentyabrın 17-19-da Düşənbədə geodeziya, xəritəçəkmə, kadastr və Yerin məsafədən zondlanması üzrə Dövlətlərarası Şuranın XII sessiyası keçiriləcək.

MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Şura üzvləri əvvəlki sessiyanın qərarlarının yerinə yetirilməsinin gedişatını və mövsümlərarası dövrdə bir sıra ixtisaslaşdırılmış qrupların işinin nəticələrini müzakirə edəcəklər. Əsasən, məkan göstəriciləri infrastrukturu, koordinat və yüksəklik sistemləri, coğrafi adlar, “Geodeziya, xəritəçəkmə, geoməlumat sistemlərinin, kadastr və Yerin məsafədən zondlanması sahəsində istifadə olunan müasir terminlər lüğəti”nin işlənib hazırlanması üzrə işçi qrupların fəaliyyəti barədə məruzələr nəzərdən keçiriləcək.

Şura üzvlərini öz fəaliyyətləri barədə, həmçinin geodeziya, xəritəçəkmə, kadastr və Yerin məsafədən zondlanması sahəsində əlavə peşəyönümlü təhsil üzrə MDB-yə üzv dövlətlərin peşəkar əmək bazarında sertifikatlaşdırılması və leqallaşdırılması barədə geoməkan məlumatlarının idarə edilməsi və təkliflərin hazırlanması üzrə işçi qruplarının nümayəndələri də məlumatlandıracaqlar.

Bundan başqa, iclasda MDB-nin baza təşkilatının – Moskva Dövlət Geodeziya və Xəritəçəkmə Universitetinin fəaliyyətinin nəticələri nəzərdən keçiriləcək.

Görüş iştirakçıları öz sahələri üzrə ən yaxşı təcrübə və innovasiyalar mübadiləsi aparacaq və 2020-ci il üçün Dövlətlərarası Şuranın sədrini seçəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.