Çində avtovağzal binasının sürüşdürülməsi Ginnesin Rekordlar Kitabına düşüb VİDEO
Pekin, 17 sentyabr, AZƏRTAC
Çinin Siamen şəhərində 30 min tonluq avtovağzal binası xüsusi texnika vasitələrinin köməyi ilə 90 dərəcə sürüşdürülərək döndərilib.
AZƏRTAC xəbər verir ki, 170 ədəd "Boeing 747" təyyarəsi ağırlığında olan binanın sürüşdürülməsinə fevralda başlanılıb və proses aprelin 1-də başa çatıb. Onun ən kənar nöqtəsi 288 metr sürüşdürülüb. Binanın sürüşdürülməsinə səbəb onun Fucou və Siamen şəhərləri arasında çəkilməsi nəzərdə tutulan avtomagistrala mane olmasıdır. Layihədə iştirak edən şirkətlər binanın orijinal strukturunun qorunmasına diqqət yetiriblər. Ciddi texniki-mühəndis qaydalarına uyğun həyata keçirilmiş sürüşmə uğurla başa çatıb və bir şüşə də sınmayıb.
Ginnes dünya rekordları təşkilatı bu hadisəni araşdıraraq, onu bir binanın ən uzun qövs fırlanması kimi yeni rekord kimi qeydə alıb. Layihənin icrasında iştirak etmiş şirkətlərə Ginnesin rekordlar kitabının müvafiq sertifikatı təqdim olunub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.08.2023 [04:38]
Antarktidada 20 qolu olan çiyələyə bənzər dəniz canlısı kəşf edilib
- 14.07.2023 [13:43]
Ölü balinanın mədəsində 500 min avro dəyərində “üzən qızıl” tapılıb
- 05.07.2023 [20:47]
Alim ölü kaşalotun içərisində 500 min avro dəyərində xəzinə aşkar edib
- 24.06.2023 [18:40]
Dünyanın ən hündür göydələnləri
- 16.06.2023 [14:00]
Kaliforniyalı Maks Park kubik-rubiki 3,13 saniyəyə yığıb
- 08.06.2023 [17:51]
Alimlərin yeni tapıntısı: Neandertallar ov alətlərini necə yapışdırırdı?
- 22.05.2023 [12:43]
Bakı Zooloji Parkında ayının doğum günü qeyd olunub
- 29.04.2023 [17:42]
Misirli ekspertlər Kleopatranın irqi ilə bağlı mübahisələri qiymətləndirib
- 15.04.2023 [14:18]
İspaniyalı ekstremal idman həvəskarı 500 gün mağarada qalıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [21:40]
Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ
- 14.06.2026 [21:23]