MƏDƏNİYYƏT


Əfsanəvi “Beryozka” ansamblı Bakıda konsert verəcək

Bakı, 18 sentyabr, AZƏRTAC

Nadejda Nadejdina adına “Beryozka” Dövlət Akademik Xoreoqrafiya Ansamblı Heydər Əliyev Sarayında konsert verəcək.

Sarayın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 11-də reallaşacaq konsertdə əfsanəvi ansambl tamaşaçılara fəaliyyətdə olduğu bütün illər ərzində ən unudulmaz rəqslərini təqdim edəcək.

Tamaşaçılar “Beryozka” ansamblının ifasında Nadejda Nadejdina və Mira Koltsovanın bənzərsiz və heyranedici şedevrlərindən böyük zövq alacaqlar.

Ansamblın bədii rəhbəri SSRİ Xalq artisti Mira Koltsova, ansamblın baş dirijoru Rusiyanın Xalq artisti Leonid Smirnovdur.

Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.az saytından onlayn və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.