Katerina Pistoşman: Bakı Marionet Teatrı ən yüksək mükafata layiqdir
Şarlövil-Mezyer, 27 sentyabr, AZƏRTAC
Bakı Marionet Teatrının tamaşasını çox sevdim. Musiqiyə heyran oldum. Dekorasiya, marionetlər nəfis şəkildə hazırlanıb. Tamaşa Azərbaycan mədəniyyətini təşviq edir. Bu tamaşa məndə mədəniyyətinizlə, əsərin müəllifi ilə daha yaxından tanış olmaq arzusu oyatdı.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində 20-ci Şarlövil-Mezyer Beynəlxalq Marionet Teatrları Festivalına qoşulan Bakı Marionet Teatrının Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası əsasında hazırladığı marionet tamaşasından sonra Katerin Pistoşman söyləyib.
Bildirib ki, poeziya, dekorasiya, musiqi, marionetlər əsrarəngiz idi. Azərbaycan mədəniyyəti, xüsusilə də Füzuli yaradıcılığı ilə tanışlığımdan şadam. Onun əsərlərini oxuyacağam. Tamaşa emosiyalarla doludur.
“Bu tamaşada rejissorun və aktyorların böyük əmək sərf etdikləri görünür. Onların əməyini yüksək qiymətləndirirəm. Rejissor daxili emosiyalarını tamaşaya məharətlə hopdurub. Teatr ölkənizin mədəniyyətini nəfis şəkildə təşviq edir. Aktyorlar ən yüksək mükafata layiqdirlər”, - deyə K. Pistoşman diqqətə çatdırıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Şarlövil-Mezyer
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.05.2026 [21:11]
Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti olub
- 27.05.2026 [19:53]
Azərbaycanın xor kollektivi beynəlxalq müsabiqədə laureat adını qazanıb
- 27.05.2026 [13:58]
Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi qeyd olunub
- 27.05.2026 [13:39]
Azərbaycanın turizm potensialı Çində tanıdılır
- 27.05.2026 [09:49]
Yeddi şəhidin xatirəsinə həsr edilmiş tamaşa nümayiş olunub
Bu saata olan əsas xəbərlər
- [20:00]
"Şimal" I Liqada qalıb
- [18:02]
Bu saata olan əsas xəbərlər
- [12:00]