Frederik Şomən: Bakı Marionet Teatrının aktyorları marionetlərlə şedevr yaradıblar
Şarlövil-Mezyer, 27 sentyabr, AZƏRTAC
İlk dəfədir Azərbaycan tamaşasına baxırdım. Möhtəşəm teatr idi. Nəfis marionetlər, dekorasiyalar, aktyorların məharətli ifasına valeh oldum. Bu təkcə marionet teatrı deyil, həmçinin opera idi. Tamaşa haqqında festivalın broşrunda oxudum. Xoşbəxtlikdən vaxtında bilet aldım. Çünki biletlər çox tez satıldı.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində 20-ci Şarlövil-Mezyer Beynəlxalq Marionet Teatrları Festivalına qoşulan Bakı Marionet Teatrının Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası əsasında hazırladığı marionet tamaşasından sonra Federik Şomən söyləyib.
Bildirib ki, tamaşa emosiyalarla dolu idi. Bakı Marionet Teatrının aktyorları marionetlərlə şedevr yaradıblar. “Festivalın broşurunda tamaşa haqqında oxudum və öyrəndim ki, ölkəniz ilk dəfədir festivalda iştirak edir. Qərara gəldim ki, yeni ölkəni “kəşf” edərək, tanıyım. Tamaşada sufizmin, eləcə də Şərq mistisizminin elementlərini sezdik. Çox istədim ki, gəlib ölkənizin mədəniyyəti ilə yerində tanış olum. Marionet Teatrı festivalda mədəniyyətinizi yüksək şəkildə təşviq edir. Marionetlər çox incəliklə hazırlanmış əl işləri idi, aktyorlar emosiyalarını marionetlər vasitəsilə gözəl ifadə edirlər. Çox gözəl tamaşa oldu, özümü sanki operada hiss edirdim”, -deyə Frederik Şomən bildirib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri