Yunanıstanın “ANEK LAYNS” bərə gəmisində yanğın baş verib VİDEO
Afina, 29 sentyabr, AZƏRTAC
Yunanıstana məxsus “ANEK LAYNS” bərə gəmisində yanğın olub. Yanğın gəminin qaraj bölməsində baş verib. Avtomatik yanğınsöndürən sistemi işə düşüb və yanğını söndürmək mümkün olub. Təhlükəsizlik baxımından gəmi öz istiqamətini İqumenitsa şəhəri istiqamətinə yönəldib və orada 538 sərnişin və 74 gəmi ekipajı təxliyə edilib. İki nəfər xəstəxanaya yerləşdirilib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]