Fransa xalqı mərhum Prezident Jak Şirakla vidalaşır VİDEO
Paris, 29 sentyabr, AZƏRTAC
Parisdəki Əlillər Sarayında (Les İnvalides) mərhum Prezident Jak Şirakla vida mərasimi başlayıb. Son sosial sorğunun nəticələrinə görə Jak Şirak V Respublikanın ən yaxşı Prezidenti olub. Onun fransızlara daha yaxın olduğu qeyd edilib.
AZƏRTAC xəbər verir ki, fransızların vida mərasiminə axını nəzərə alınaraq, Əlillər Sarayı sentyabrın 30-u səhər saat 6-dək ictimaiyyətə açıq olacaq. Vida mərasiminə gələnlərə mərhum Prezidentin ailəsi onun haqqında hazırladıqları kiçik kitabçaları hədiyyə edirlər.
Vida mərasiminə 30-dək ölkənin dövlət və hökumət başçısı qatılacaq. Sentyabrın 30-da səhər saat 9:30-da Əlillər Sarayı qarşısında hərbi vida mərasimindən sonra mərhum Prezidentin tabutu Sən-Sülpis kilsəsinə aparılacaq. Orada sabiq Prezidentin ailə üzvləri və yaxınları mərhumla vidalaşacaq.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris