İranın keçmiş Xarici İşlər naziri maraqlı video paylaşıb VİDEO
Tehran, 1 oktyabr, AZƏRTAC
İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri, keçmiş Xarici İşlər naziri Əli Əkbər Vilayəti maraqlı video paylaşıb.
AZƏRTAC xəbər verir ki, 1983-cü ildə BMT-nin Nyu-Yorkda keçirilən sessiyasında çıxış edən Ə.Ə.Vilayəti təxribatla üzləşib. Təxribata baxmayaraq o, özünü soyuqqanlı aparır və çıxışına davam edir.
Keçmiş nazir bu videonu təsadüfən sosial şəbəkələrdə paylaşmayıb. Məsələ burasındadır ki, sentyabrın 20-də BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 74-cü sessiyasında iştirak edən İran Prezidenti Həsən Ruhaniyə və Xarici İşlər naziri Məhəmməd Cavad Zərifə şəhərə çıxmaq ABŞ hökuməti tərəfindən qadağan edilmişdi. Onlar yalnız BMT-nin mənzil-qərargahında hərəkət edə bilərdilər. Hətta M.C.Zərifə BMT-nin mənzil-qərargahından 10 dəqiqəlik məsafədə yerləşən xəstəxanaya gedib xərçəng xəstəliyindən müalicə olunan dostuna baş çəkməyə də icazə verməyiblər.
İran və Rusiya bu kimi hallara qarşı çıxaraq sessiyada BMT-nin mənzil-qərargahının başqa yerə köçürülməsi təklifi ilə çıxış ediblər.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]