Çin Yerin məsafədən mikrodalğalı zondlama peykini kosmosa buraxıb VİDEO
Bakı, 5 oktyabr, AZƏRTAC
Oktyabrın 4-də, Bakı vaxtı ilə saat 22:51-də Çin Yerin məsafədən mikrodalğalı və yüksək keyfiyyətli görüntü ilə zondlanması üzrə “Gaofen-10” peykini kosmosa buraxıb. AZƏRTAC xəbər verir ki, bu məlumatı “China Daily” qəzeti yayıb.
Qəzetin Çinin rəsmi mənbələrinə istinadla verdiyi məlumatda qeyd olunur ki, peykin “Long March 4S” raketdaşıyıcısı ilə kosmik fəzaya göndərilməsi ölkənin şimalında yerləşən Şansi əyalətindəki Tayyuan kosmodromundan həyata keçirilib. Peykin üzərində yerləşdirilmiş optik cihaz yüksək keyfiyyətli fotoşəkillər çəkməyə imkan verir.
Bildirilir ki, “Gaofen-10” şəhər yol şəbəkələrinin layihələşdirilməsi, şəhərsalma, kənd təsərrüfatında məhsuldarlığın qiymətləndirilməsi, habelə təbii fəlakətlərin monitorinqi və nəticələrinin aradan qaldırılması məqsədləri ilə Yerin səthinin müşahidə edilməsində istifadə olunacaq.
Bu peykin buraxılması ilə “Long March 4S” raketinin 314-cü uğurlu startı həyata keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]