DÜNYA
Kiyevdə “Silah və təhlükəsizlik-2019” beynəlxalq sərgisi - FOTOREPORTAJ VİDEO
Kiyev, 9 oktyabr, AZƏRTAC
Kiyevdə “Silah və təhlükəsizlik-2019” beynəlxalq sərgisi keçirilir.
AZƏRTAC xəbər verir ki, oktyabrın 8-də başlayan sərgidə 16 ölkədən 370-dən çox nümayəndə iştirak edir, xüsusi hərbi texnika, aviasiya texnikası, yerüstü avadanlıq, əsgər ləvazimatı, arxa cəbhə üçün təchizat və s. nümayiş etdirilir.
Sərgidə ABŞ, Polşa, Danimarka, Finlandiya, Belçika, Belarus, Avstriya, Çexiya, Türkiyə, Almaniya, İtaliya, Xorvatiya, İsrail, Çin və Qazaxıstan istehsalı olan silah-sursat və texnika təqdim olunur. Xarici ölkə iştirakçıları arasında Türkiyə daha çox - 14 şirkətlə təmsil olunur.
Ukrayna Nazirlər Kabinetinin Sərəncamına müvafiq olaraq təşkil edilmiş sərgi Ukrayna müdafiə sənayesinin xarici tərəfdaşlarla hərbi və hərbi-texniki əməkdaşlığının möhkəmləndirilməsi məqsədi daşıyır.
Sərgi oktyabrın 11-də başa çatacaq.
Rüstəm Məmmədov
Kiyev