SİYASƏT
Almaniya nəşrində AZƏRTAC-ın İdarə Heyətinin sədrinin məqaləsi dərc edilib
Berlin, 10 oktyabr, AZƏRTAC
Almaniyada çıxan "Berlinder Press" nəşrində AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovun “Siyasətdə varisilik: Azərbaycanın taleyini və simasını dəyişmiş 26 il” sərlövhəli məqaləsi dərc edilib (https://berlinerpress.home.blog/2019/10/10/nachfolge-in-der-politik-26-jahre-die-das-schicksal-und-gesicht-aserbaidschans-verandert-haben/).
AZƏRTAC xəbər verir ki, məqalədə ümummilli lider Heydər Əliyevin xalqın çağırışı ilə Bakıya qayıdışı anından Azərbaycan dövlətinin 26 illik inkişaf yolunun təhlili verilib. Bu qayıdış xaosun sonu və xalqın tarixində sabitlik və tərəqqi şəraitində yeni səhifənin açılması ilə əlamətdar olub. Məqalədə Azərbaycanın milli siyasi doktrinasının varisiliyi barədə Almaniya ictimaiyyətinə məlumat verilir və qeyd edilir ki, əsası Heydər Əliyev tərəfindən 1993-cü ildə qoyulmuş strateji kurs hazırda onun layiqli varisi - Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məqalədə gənc dövlətin müstəqillik illərində qazandığı əsas uğurlar da qeyd olunur.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin