ELM VƏ TƏHSİL


Paytaxt məktəbliləri gimnastika üzrə beynəlxalq turnirdən medalla qayıdıblar

Bakı, 10 oktyabr, AZƏRTAC 

Paytaxt məktəbliləri Moskvada keçirilmiş gimnastika üzrə beynəlxalq turnirdə uğurla çıxış ediblər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, dünyanın müxtəlif ölkələrindən 100-dən çox idmançının rəqabət apardığı yarışda paytaxt məktəbliləri layiqli yerlər tutublar.

Belə ki, 236 nömrəli tam orta məktəbin şagirdi Ahu Rzayeva, 20 nömrəli məktəb-liseyin şagirdi Samirə Rzayeva, 160 nömrəli Klassik gimnaziyanın şagirdi Fatimə Zeynalova və “İdrak” liseyinin şagirdi Aybəniz Qafarova uğurlu çıxışlarına görə bütün rəqiblərini geridə qoyaraq I yerə layiq görülüblər. Məktəblilər qızıl medal və diplomla təltif olunublar.

Paytaxtdakı 20 nömrəli məktəb-liseyin şagirdi Dəniz Nağıyeva, 145 nömrəli tam orta məktəbin şagirdi Naimə Məmmədova, 8 nömrəli tam orta məktəbin şagirdi Fatimə Vəliyeva, 58 nömrəli tam orta məktəbin şagirdi Mədinə Salmanova II yerə layiq görülərək gümüş medal və diplomla mükafatlandırılıblar. 106 nömrəli tam orta məktəbin şagirdi Gülnur Məmmədli, Bakı Avropa Liseyinin şagirdi Fatimə Qurbanova və Elitar gimnaziyanın şagirdi Almas Axundova isə nümayiş etdirdikləri çıxışlarına görə III yeri tutublar. Məktəblilər bürünc medal və diploma layiq görülüblər.

İdmançılar Budapeşt və Dubayda keçiriləcək beynəlxalq yarışlarda da iştirak edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.