İDMAN


Veteranlar arasında dünya çempionatında 12 cüdoçumuz mübarizə aparır

Bakı, 10 oktyabr, AZƏRTAC

Oktyabrın 10-da Mərakeşdə veteran cüdoçular arasında dünya çempionatı start götürüb.

AZƏRTAC Beynəlxalq Cüdo Federasiyasının saytına istinadla xəbər verir ki, turnirdə Azərbaycanı 12 idmançı təmsil edir.

Cüdoçularımız Babək Hacıyev, Mehman Koroğluyev (hər ikisi 60 kq), Müşfiq Cəfərov, Məmməd Məmmədov (hər ikisi 73 kq), Mübariz Cəfərov, Firudin Kərimov (hər ikisi 81 kq), Fərhad Rəcəbli, Vüsal Cəfərov, Mahir Ağamirzəyev (hər üçü 90 kq), Elxan Rəcəbli, Yaman Fətiyev, Azər Əsgərov (hər üçü 100 kq) medallar uğrunda mübarizə aparırlar.

Dünyanın 49 ölkəsindən 1100-dən artıq idmançının gücünü sınadığı dünya çempionatı 3 gün davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.