Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qəbələdə “Qafqaz Albaniyası: tarix və müasirlik kontekstində” mövzusunda beynəlxalq konfrans keçirilib

Qəbələ, 11 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu mərkəz olub. Tarix boyu bu qədim torpaqda müxtəlif dinlərin, mədəniyyətlərin, etnik qrupların nümayəndələri sülh, qardaşlıq və qarşılıqlı hörmət şəraitində yaşayıblar. Minilliklərlə formalaşan bu ab-hava Azərbaycan cəmiyyətində indi də qorunub saxlanılır və ölkəmiz dünyada multikulturalizmin əsas ünvanlarından biri kimi tanınır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər oktyabrın 11-də Qəbələ rayonunun Nic qəsəbəsindəki Alban Udi Ocağında keçirilən “Qafqaz Albaniyası: tarix və müasirlik kontekstində” mövzusunda beynəlxalq konfransda səsləndirilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Qəbələ Rayon İcra Hakimiyyəti və Alban-Udi Xristian Dini İcmasının birgə təşkilatçılığı ilə keçirilən konfransda təşkilatçı qurumların, Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK), Mənəvi Dəyərlərin Təbliği Fondunun rəsmiləri, İtaliyanın ölkəmizdəki səfiri Avqusto Massari, Azərbaycanın, həmçinin İtaliya, Fransa, Rusiya, Gürcüstan və Litvadan dəvət olunan albanşünas mütəxəssislər, tarixçi alimlər, ziyalılar iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə Udi Ocağında yaradılan şəraitlə tanış olublar.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) direktoru Rəvan Həsənov konfransı açaraq, Qafqaz Albaniyasının Azərbaycanın tarixi-mədəni irsi və onun ayrılmaz tərkib hissəsi olduğunu, bu mövzunun BBMM tərəfindən daim diqqət mərkəzində saxlanıldığını bildirib. Qafqaz Albaniyası ilə bağlı işlərin intensivləşdirilməsinin vacibliyini önə çəkən qurumun rəsmisi bildirib ki, BBMM-nin 2014-2019-cu illər ərzində həyata keçirdiyi mühüm layihələrdən biri də “Qafqaz Albaniyasını öyrənirik” layihəsidir. Bu layihə çərçivəsində həm ölkə daxilində, həm də xaricdə bir sıra konfranslar, dəyirmi masalar, elmi turlar, mühazirələr təşkil edilib, həmçinin mövzu ilə bağlı kitablar, broşürlər nəşr olunub.

Qafqaz Albaniyası ilə bağlı məsələnin dövlətimizin başçısının da daim diqqət mərkəzində olduğunu vurğulayan Rəvan Həsənov deyib: “Prezident İlham Əliyev tövsiyələrində Qafqaz Albaniyasının Azərbaycanın mədəni irsi olması baxımından dəqiqliklə araşdırılmasını, bu məsələnin həm ölkə daxilində, həm də xaricdə uğurla təbliğ olunmasının vacibliyini daim önə çəkib. Bu da əsassız deyil. Çünki Qafqaz Albaniyasının mədəni irsini mənimsəmək istəyən qüvvələr, dövlətlər mövcuddur. Ancaq alimlərimizin, tarixçilərin araşdırmaları, ortaya qoyulan faktlar siyasətçilərin ifadə etdikləri sözlərdən daha kəsərli, daha əhəmiyyətli olur. Bu məsələ elmi səviyyədə müzakirə olunanda hər kəs Qafqaz Albaniyasının Azərbaycanın tarixi-mədəni irsi olduğunu etiraf etmək məcburiyyətində qalır”.

Konfransda çıxış edən Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev bildirib ki, Qafqaz Albaniyası ilə bağlı elmi müzakirələrin Nic qəsəbəsində keçirilməsi ölkəmizdə mövcud olan multikultural ənənələrə, tolerantlığa və tarixi köklərə bağlılığın bariz nümunəsidir. Hazırda sayı 10 min nəfərdən çox olan udilərin 4 minə yaxını kompakt halda Nic qəsəbəsində yaşayır və bu torpağı özlərinin əzəli və əbədi Vətəni hesab edirlər. Bu gün milli azlıqların yaşadığı beynəlmiləl Nic qəsəbəsinin dünyanın bir sıra ölkələrində olan udi diasporları və elmi ictimaiyyəti ilə sıx əlaqələri mövcuddur. Bu təmaslar və əlaqələr bir çox qədim mənbələrdə adı keçən udilərin bu gün mədəni inkişafına, tərəqqisinə stimul verir, onları tarixi köklərinə daha da bağlayır.

Səbuhi Abdullayev qeyd edib ki, Prezident İlham Əliyev Qəbələyə səfərləri zamanı Nic qəsəbəsinə gələrək, burada yaşayan udilər, azərbaycanlılar, ləzgilər və digər millətlərin nümayəndələri ilə görüşüb. Dövlətimizin başçısının göstərişi ilə qəsəbənin abadlaşdırılması və sosial problemlərinin həlli ilə bağlı mühüm layihələr həyata keçirilib. Məhz dövlətimiz tərəfindən milli azlıqlara olan diqqətin nəticəsidir ki, buradakı “Cotari” alban kilsəsi təmir edilərək udilərin istifadəsinə verilib, iki müasir məktəb binası inşa olunub, yeni park salınıb, qəsəbəyə qaz xətti çəkilib, Qəbələ-Nic yolu yenidən qurulub, qəsəbənin mərkəzi yolu asfaltlaşdırılıb.

Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili konfransın əhəmiyyətini yüksək qiymətləndirərək, təşkilatçılara icma üzvləri adından minnətdarlığını bildirib.

Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin aparıcı məsləhətçisi Anar Əlizadə tədbirin olduqca aktual, əhəmiyyətli və ağrılı bir mövzuya həsr olunduğunu vurğulayaraq deyib: “Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə çıxış edən erməni qəsbkarları xalqımıza malik olan maddi-mədəni abidələrin məhvi və mənimsənilməsi istiqamətində fəaliyyət göstərirlər. Qafqaz Albaniyası dövründən bizlərə yadigar qalan xristian-alban məbədləri də erməni vandalizminin qurbanına çevrilmiş maddi-mədəni abidələrimizdəndir. Ermənilər həmin abidələrin, məbədlərin memarlıq quruluşunu dəyişir, oradakı qədim daş kitabələri, onların üzərindəki qədim yazıları məhv edirlər. Odur ki, bu zəngin irsə sahib çıxmaq, tədqiq etmək və bu irslə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq bizim borcumuzdur”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov və Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov Qafqaz Albaniyası ilə bağlı keçirilən beynəlxalq konfransın əhəmiyyətini yüksək qiymətləndirərək, tədbirin işinə uğurlar arzulayıblar.

Sonra beynəlxalq konfrans işini panel iclaslarla davam etdirib.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin baş məsləhətçisi, tarix elmləri doktoru, professor Həcər Verdiyevanın moderatorluğu ilə keçən I panel iclasda əvvəlcə moderatorun təqdimatında “Tarixi həqiqətlər rakursundan: dəlillər və sübutlar” mövzusunda məruzə dinlənilib.

Konfransın birinci panel iclasında, həmçinin Fransanın Qafqaz dilləri və filologiyası üzrə tədqiqatlar mərkəzinin direktoru, professor Jil Otye “Udi dilində şəxs əvəzlikləri, işarə əvəzlikləri və onların qədim Qafqaz Albaniyası haqqında çatdırdıqları məqamlar”, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin “Mənbəşünaslıq və tarixşünaslıq” kafedrasının müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərli “Qafqaz Albanşünaslığının Azərbaycan tarixində yeri”, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru Məhəbbət Paşayeva “Azərbaycanda qədim alban tayfalarının etnik ənənələri”, Rusiya Volqoqrad Dövlət Qulluğu Akademiyasının tarix və siyasət nəzəriyyəsi kafedrasının professoru Riçard Danakari “Udilər və Qafqaz Albaniyasının tarixi-mədəni irsi: sosial-fəlsəfi aspektlər”, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Ülviyyə Hacıyeva “Keşikçidağ-Qafqaz Albaniyası dövrünün mağara məbədləri”, Alban-Udi Xristian Dini İcmasının rəhbəri, Bakı Dövlət Universitetinin böyük elmi işçisi Robert Mobili “Alban (Qafqaz) Apostol Avtokefal kilsəsi: tarix, müasirlik və perspektivlər” mövzularında məruzələr ediblər.

İkinci panel iclasında AMEA Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, professor Solmaz Tohidinin “Qədim Albaniyanın adı və coğrafi əraziləri Azərbaycan tarixçilərinin gözü ilə”, Litvanın Tarix İnstitutu və Vilnüs Avropa Humanitar Universitetinin baş elmi işçisi, professor Rasa Çapaytenenin “Çoxmədəniyyətli cəmiyyətdə mədəni irs: problemlər və imkanlar”, AMEA Tarix İnstitutunun “Azərbaycanın yeni tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun “XIX əsrin birinci yarısında Çar Rusiyasının Şimali Azərbaycanda yürütdüyü dini siyasət tarixindən” mövzularında, həmçinin tədbirdə iştirak edən digər tarixçi alimlərin mövzu ilə bağlı məruzələri dinlənilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Savalan Mirzəyev: Azərbaycanın Zəfəri regionda sülhün və sabitliyin təminatıdır

Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb

Naxçıvanda “Sözümüz imzamızdır” və “Arı” kitablarının təqdimat mərasimi olub

Müharibə veteranı Taleh Qasımov: Zəfər Günü xalqımızın qürur mənbəyidir

Tramp Ağ Evin aparat rəhbərini dəyişir

SOCAR və “Honeywell Technologies” arasında Qlobal Çərçivə Sazişi imzalanıb

Tramp: İranın qarşısını almasaydım, İsrail və Yaxın Şərq mövcud olmazdı

Dmanisi Tədris Mərkəzində tədbir: “Zəfər səsləyir bizi”

Birinci Qarabağ müharibəsi qəhrəmanının obrazını göz yaşları ilə yaradan aktyor – Elnur Vəlizadə

AzTV-nin 100 illik yubileyinə həsr olunmuş ensiklopediyanın təqdimatı olub VİDEO

AzTV-nin 100 illik yubileyinə həsr olunmuş ensiklopediyanın təqdimatı olub VİDEO

“Neftçi” “Kəpəz”ə qalib gəlib

Beynəlxalq Çövkən Federasiyasına 7 yeni ölkə üzv qəbul edilib

“Zəfər sədası” müsabiqəsində ən yaxşı bədii qiraətçilər seçilib

Peşə təhsili müəssisələrinin təhsilverənləri üçün keçirilən ixtisasartırma təlimləri yekunlaşıb

Ağdam, Füzuli və Xocavənd məktəbliləri arasında futbol turniri təşkil olunub

Xoreoqraf Şahar Binyamini: Azərbaycan rəqqasları çox istedadlıdırlar

AzTU-da “Şanlı Zəfər tariximiz” adlı tədbir: “Missiya” filmi nümayiş etdirilib

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə yeni xidmətlərin əlavə olunması planlaşdırılır VİDEO

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə yeni xidmətlərin əlavə olunması planlaşdırılır VİDEO

Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub

Gənclər və idman naziri Şuşada məskunlaşan sakinlərin müraciətlərini dinləyib

Qırğız Respublikasının Prezidenti Sadır Japarovdan

Nobel qardaşlarının Azərbaycan irsi Helsinkidə elmi müzakirə mövzusu olub

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti İtaliya Prezidenti Sercio Mattarella ilə görüşüb

ADPU-nun Quba filialında Səməd Vurğunun 120 illik yubileyi qeyd olunub

AMEA-nın elmi müəssisələrində bal sistemi əsasında qiymətləndirmə mexanizmi təkmilləşdirilir

“Turan Tovuz” səfərdə “Qarabağ”ı məğlub edib

Avropa Komissiyası: Çexiya miqrasiya təzyiqi təhlükəsi altında olan ölkələr sırasındadır

“Prezidentimizə söz verdim” – CAHANGİRBƏYLİDƏN REPORTAJ

Qələbənin sədası xalq çalğı alətlərində

Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Ağdərədə vətəndaş müraciətlərini dinləyib

Tbilisidə “Koordinat 44” tamaşasının premyerası olub

Qazaxıstan və Ermənistan TRIPP nəqliyyat dəhlizinin birgə inkişaf perspektivlərini müzakirə ediblər

Praqada 8 Noyabr - Zəfər Günü təntənəli şəkildə qeyd olunub

Zəfər Günü münasibətilə gənclər Əlincəqalaya yürüş ediblər

Zəfər Günü Azərbaycanın gücünün, xalqımızın sarsılmaz birliyinin təcəssümüdür - ŞƏRH

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən

Suriya Türkman Məclisinin sədri, Suriya Xalq Məclisinin üzvü Əbdürrəhman Mustafapaşadan

Türk Dövlətləri Təşkilatının sabiq Baş katibi Kubanıçbek Ömüralıyevdən

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələrin 6-cı raundu keçirilib

NDU-da Zəfər Günü: sərgi, tamaşa və şəhid ailəsinin ehtiramı VİDEO

NDU-da Zəfər Günü: sərgi, tamaşa və şəhid ailəsinin ehtiramı VİDEO

QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

Cahangirbəylinin həyat ağacı - FOTOLAR

MDU-da Dövlət Bayrağı Günü və Zəfər Gününə həsr olunmuş tədbir təşkil olunub

Ağstafada bir ailənin 3 üzvü zəhərlənib

Braziliyada 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir təşkil edilib

Azərbaycan IV Avrasiya Təhlükəsizliyi Konfransında təmsil olunub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər YENİLƏNİB-3 VİDEO

Azərbaycanın Zəfər Gününə həsr olunmuş “Koordinat 44” tamaşası Tbilisidə səhnələşdirilir

İstanbulda Vətən müharibəsi şəhidlərinin xatirəsinə 44 ağac əkilib

Aygün Attar: Azərbaycançılıq dövlətin ideoloji dayanıqlılığının və milli birliyin əsasını təşkil edir

İşğaldan azad edilmiş ərazilərin bərpası və yerli istehsalın inkişafı dayanıqlı məskunlaşma üçün şərait yaradır

UNEC-də bayram tədbiri: Zəfərin 6-cı ildönümü

Konfutsi İnstitutunun direktoru: Hərtərəfli strateji tərəfdaşlıq Azərbaycan və Çin üçün yeni perspektivlər açır

Milli Məclis komitələrinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsinin layihəsi müzakirə olunub

Bakıda keçirilən BMT İdarəetmə İnnovasiyaları Sammiti başa çatıb – YENİLƏNİB

AzerGold” Zəfər Gününu silsilə tədbirlərlə qeyd edib

Dövlət Komitəsində Zəfər Günü münasibətilə tədbir

FHN-in əməkdaşları Zəfər Gününü qeyd ediblər

Bakı Dövlət Universitetində Zəfər Günü qeyd olunub

Dövlət Agentliyinin sədri: Son iki gündə Bakı səmərəli dialoq platformasına çevrildi

Düşənbədə Zəfər Günü təntənəsi: Səfirlikdə bayram tədbiri

Latviyada Azərbaycanın Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Zəfər Günü münasibətilə tədbir keçirilib

Parlamentin komitəsində büdcə zərfinə daxil olan qanun layihələri müzakirəyə çıxarılıb

BMT rəsmisi: Bakıda qurduğumuz tərəfdaşlıqlar ən böyük nailiyyətlərimizdən və dəyərli imkanlarımızdan biridir

Qarsda voleybol üzrə Zəfər Turniri keçirilib

Qadın voleybolçular arasında Azərbaycan Superliqasında yeni mövsüm start götürüb

AQTİ-nin Rəqəmsal və İnnovativ Təlim Mərkəzi fəaliyyətə başlayıb VİDEO

AQTİ-nin Rəqəmsal və İnnovativ Təlim Mərkəzi fəaliyyətə başlayıb VİDEO

“Alphabet” “Qualcomm” şirkətində yarım milyard dollarlıq pay əldə edib

V4 liderləri Aİ-nin genişlənməsini dəstəkləyib, Ukrayna məsələsində fikir ayrılığı qalır

Şotlandiyada polisə hücum edilib, 7 nəfər saxlanılıb

Əlcəzairdə Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

AQTA-da Zəfər Günü qeyd olunub

Daşkənddə “Humay və sehrli Huma quşu” kitabının özbək dilində nəşrinin təqdimatı olub

Avropada təbii qazın qiyməti həftə ərzində 16 faizədək azalıb

London metrosunda iş şəraiti ilə bağlı tətillər keçiriləcək

Şamaxıda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə keçirilib

Macarıstanın "Gripen" qırıcıları bomba təhdidlərinə görə üç dəfə havaya qaldırılıb

İngiltərə Bankının rəhbəri: Aİ ilə əlaqələrin gücləndirilməsi Britaniya iqtisadiyyatının inkişafına təkan verə bilər

Laçında “Böyük Qayıdışın Zəfər bayramı” adlı konsert proqramı VİDEO

Laçında “Böyük Qayıdışın Zəfər bayramı” adlı konsert proqramı VİDEO

BMT sammitində Bakı Kommünikesi elan edilib

Dövlət Xidmətinin nümayəndələri Koreyada daşınmaz əmlakın kadastrı sahəsindəki rəqəmsallaşdırma işləri ilə tanış olublar

Zəfər Günü münasibətilə Vətən müharibəsində iştirak etmiş vəkillərlə görüş olub

Ağdamda 8700-dən çox ağac və dekorativ kol əkilib

Rəqəmsal transformasiya dövründə Azərbaycan televiziyası: çağırışlar, inkişaf meyilləri və perspektivlər

Ekologiya və Təbii Sərvətlər Nazirliyində Zəfər Günü qeyd olunub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Müəllim: Musiqi bacarıqları düzgün tədris və müntəzəm məşğələ ilə inkişaf edir

Yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatında növbəti qaliblər məlum olub

BOS su təchizatı sistemi ilə bağlı analizlərin nəticələrini açıqlayıb

Azərbaycan radiosunun 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans başa çatıb

Ədliyyə naziri Samuxda vətəndaşların müraciətlərini dinləyib

Keniyada Zəfər Günü qeyd olunub, Azərbaycanın postmünaqişə dövrü bərpa təcrübəsi təqdim edilib VİDEO

Keniyada Zəfər Günü qeyd olunub, Azərbaycanın postmünaqişə dövrü bərpa təcrübəsi təqdim edilib VİDEO

Zəfər Günü beynəlxalq hüququn bərpası baxımından mühüm tarixi və siyasi əhəmiyyətə malikdir - ŞƏRH

Bomba təhdidi ilə əlaqədar Sofiya hava limanına iki təyyarə eniş edib

Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Milli qürurumuzun təntənəsi – ADPU-nun Şamaxı filialında Zəfər Günü

Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər

“ASAN xidmət”in və BMT-nin sammitində innovativ idarəetmə həlləri hazırlanıb