İQTİSADİYYAT
Azərbaycan şirkəti Serbiyada yol tikəcək

Belqrad, 18 noyabr, AZƏRTAC
Azərbaycanın "AzVirt" şirkəti Serbiyada Ruma-Sabaç-Loznisa avtomobil yolunun tikintisini həyata keçirəcək.
Dəyəri 467,5 milyon avro qiymətləndirilən yolun ümumi uzunluğu 80 kilometr olacaq. Yolun Sabaç-Loznisa hissəsi yüksəksürətli yol kimi tikiləcək. Layihədə həm də Sava çayı üzərindən körpünün tikintisi də nəzərdə tutulub.
Serbiyanın İnşaat, Nəqliyyat və İnfrastruktur Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, bu, ölkənin avtomobil nəqliyyatının prioritet layihələrindən biridir. Layihənin həyata keçirilməsi üçün Serbiya büdcəsindən ayrılan vəsaitdən əlavə, digər maliyyə mənbələrindən də istifadə olunacaq.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
Müəlliflə əlaqə
Bölmənin digər xəbərləri
- 02.10.2023 [17:53]
AYNA növbəti elektron xidməti istifadəyə verib
- 02.10.2023 [17:52]
MİDA-nın rəsmisi: Azərbaycanda 7 il ərzində 8463 ailə mənzillə təmin edilib
- 02.10.2023 [17:47]
® “Nar” metroda şəbəkəsini gücləndirir
- 02.10.2023 [17:46]
Oktyabrın 3-nə olan USD/AZN rəsmi məzənnəsi
- 02.10.2023 [17:17]
Sahibkarlarla növbəti görüş Salyan rayonunda keçiriləcək
- 02.10.2023 [16:47]