DÜNYA
Çində kömür mədənində baş verən partlayışda 15 nəfər ölüb VİDEO
Pekin, 19 noyabr, AZƏRTAC
Çinin Şansi vilayətindəki kömür mədənində baş verən partlayışda azı 15 nəfər ölüb.
AZƏRTAC vilayət hökumətinin məlumatına istinadla xəbər verir ki, Pinyao qəzasında yerli vaxtla 13:50-də baş verən hadisə nəticəsində 9 nəfər də müxtəlif dərəcədə bədən xəsarəti alıb. Hadisə baş verən vaxt mədəndə 35 nəfərin olduğu bildirilir.
Hazırda ərazidə axtarış-xilasetmə işləri aparılır. Ölənlərin və yaralananların sayının çoxalacağı istisna edilmir.
Hüquq-mühafizə orqanlarının ilkin rəyinə əsasən partlayışa təhlükəsizlik qaydalarına əməl edilməməsi səbəb olub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin