DÜNYA


Özbəkistanın Urgənc şəhərində ucaldılan bayraq dünyanın ən hündürlükdə dalğalanan bayraqları sırasındadır 

Daşkənd, 21 noyabr, АZƏRTAC

Özbəkistanın Urgənc şəhərində ucaldılan dövlət bayrağı dünyanın ən hündürlükdə dalğalanan bayraqları sırasında 15-cidir.

AZƏRTAC xəbər verir ki, bayraq dirəyinin hündürlüyü 66 metrdir. Urgəncdəki bayrağın hündürlüyü Daşkənddə və Sırdəryada dalğalanan bayraqlardan 1 metr geri qalır.

Xatırladaq ki, dünyada ən hündür bayraq dirəyi Ciddədə (Səudiyyə Ərəbistanı) ucaldılıb. Onun hündürlüyü 170 metrdir. İkinci yeri Düşənbədəki (Tacikistan) 165 metrlik dövlət bayrağı dirəyi tutur. Bakıda ucaldılan Azərbaycanın dövlət bayrağı isə 162 metr hündürlükdə olmaqla üçüncü yerdə qərarlaşıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.