Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan multikulturalizminə həsr olunmuş növbəti kitab çapdan çıxıb

Bakı, 25 noyabr, Səadət Hakıyeva, AZƏRTAC

Noyabrın 25-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə maliyyə dəstəyi ilə nəşr olunan “Azərbaycan multikulturalizmi. Etnik müxtəliflik xəzinəsi” kitabının təqdimat mərasimi keçirilib. İngilis dilində nəşr edilən kitabda Azərbaycanda yaşayan etnik xalqların mədəniyyətindən bəhs olunur.

AZƏRTAC xəbər verir ki, təqdimat mərasimindən əvvəl Azərbaycan Pedaqoji Universitetinin 4-cü kurs tələbəsi Kənan Məmmədovun ssenarisi əsasında hazırlanan “Şərqin tolerantlıq qapısı” adlı qısametrajlı film nümayiş olunub.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov tədbiri açaraq multikulturalizmin cəmiyyətdə mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsinə, xalqları birləşdirən mədəniyyətin formalaşmasına töhfə verdiyini bildirib. Azərbaycanın multikulturalizm ənənələrindən danışan icraçı direktor nəşrin əhəmiyyətini qeyd edib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov bildirib ki, Azərbaycan dünyada multikulturalizmin ən çox inkişaf etdiyi ölkələrdən biridir. Multikulturalizmin Azərbaycanın dövlət siyasətinin bir hissəsi olmaqla bərabər, həm də xalqımızın həyat tərzinə çevrildiyini qeyd edən şöbə müdiri deyib: “Azərbaycanda müxtəlif xalqların, dinlərin nümayəndələri əsrlərboyu dinc və mehriban şəraitdə yaşayıblar. Ulu öndər Heydər Əliyev deyirdi ki, Azərbaycan müxtəlif millətlərin, xalqların dinc və yanaşı yaşadığı ölkədir. Bir çox fərqli mədəniyyətlərin birgəyaşayış tərzini özündə əks etdirən multikulturalizm cəmiyyətdəki etnik müxtəlifliyin tənzimləməsinin ən uğurlu modelidir. Mədəni müxtəlifliyin qorunması ilə əlaqədar UNESKO-nun 2001-ci il noyabrın 2-də qəbul etdiyi Bəyannamədə belə bir fikir yürüdülür ki, mədəni müxtəliflik məhz yaradıcılığın, inkişafın mənbəyidir”.

Etibar Nəcəfov, həmçinin bildirib: “Elə dövlətlər var ki, onlar dini və mədəni müxtəlifliyin əleyhinə çıxır, ölkələrində başqa millətlərin yaşamasını istəmirlər. Belə ölkələrdən biri də mənfur qonşumuz Ermənistandır. Hələ ötən əsrin 30-cu illərində burada Qaregin Njde adlı qatı millətçi fəaliyyət göstərirdi və o, Böyük Vətən müharibəsi illərində faşist Almaniyası ilə ittifaqa girmişdi. Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən iclasında çıxışında belə bir insana abidə qoyulmasını kəskin surətdə pislədi”.

Azərbaycan dövlətinin və xalqının etnik müxtəlifliyə, multikulturalizmə müsbət baxdığını, onu dəstəklədiyini vurğulayan Prezident Administrasiyasının şöbə müdiri yeni kitabın da bunu təsdiqlədiyini qeyd edib.

Sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, bu kitab Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir. O deyib: “Düşünürəm ki, bu kitab təcavüzkar və işğalçı Ermənistana qarşı informasiya müharibəsində ən yaxşı silahlardan biri olacaq. Biz bu istiqamətdə bütün imkanlardan istifadə etməliyik. Dünyada 8 milyard insan var, lakin 50 milyonluq yalnız 25 xalq mövcuddur ki, onlardan da biri Azərbaycan xalqıdır”. BBMM kimi, Mənəvi Dəyərlərin Təbliği Fondunun da mütəmadi olaraq kitablar nəşr etdirdiyini, tariximizin, mədəniyyətimizin dünyaya çatdırılması, təbliğ olunması üçün mühüm işlər görüldüyünü bildirən Dövlət Komitəsinin sədri deyib ki, Dünya dini liderlərinin II Bakı Sammitinin Bakıda keçirilməsi ölkəmizin tolerantlıq məkanı olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyevin Sammitdə çıxışı dini liderlər tərəfindən maraqla qarşılandı və onlar ölkəmizdə tolerantlığın, multikulturalizmin hökm sürdüyünün əyani şahidi oldular. Mənəvi və dini dəyərlərin təbliği və qorunmasının daim diqqət mərkəzində olduğunu deyən M.Qurbanlı kitabın elektron versiyasının yayılmasının önəmini diqqətə çatdırıb.

Mənəvi Dəyərlərin Təbliği Fondunun İcraçı direktoru Mehman İsmayılov qeyd edib ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Fond artıq ikinci ildir birgə layihələr həyata keçirir. O, nəşrin əhəmiyyətindən danışaraq ingilis dilində çap edilən kitabın Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün yaxşı vasitə olduğunu vurğulayıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev çıxışında bildirib ki, İslam dini bütün insanları birliyə çağırır. Dövlətimizin başçısının ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinə hər zaman diqqət və qayğı göstərdiyini diqqətə çatdıran sədr müavini hər il müxtəlif dinlərin nümayəndələrinin Ramazan süfrəsinə dəvət olunduqlarını və birgə nahar etdiklərini deyib.

Sonra çıxış edənlər - AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor Maisə Rəhimova, Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov, ölkəmizdəki kürd icmasının ağsaqqalı Əhməde Həpo, Alban-Udi Xristian İcmasının rəhbəri Robert Mobili, Mifodiy Ata və başqaları Azərbaycanda mövcud olan multikultural ənənələrdən danışıblar.

Sonda kitabın müəllifləri Dövlət İqtisad Universitetindəki Multikulturalizm Mərkəzinin rəhbəri, professor Məhəbbət Paşayeva və BBMM-in Analitika şöbəsinin məsləhətçisi Araz Qurbanov nəşrin ərsəyə gəlməsində göstərilən dəstəyə və köməyə görə minnətdarlıqlarını ifadə ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Savalan Mirzəyev: Azərbaycanın Zəfəri regionda sülhün və sabitliyin təminatıdır

Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb

Naxçıvanda “Sözümüz imzamızdır” və “Arı” kitablarının təqdimat mərasimi olub

Müharibə veteranı Taleh Qasımov: Zəfər Günü xalqımızın qürur mənbəyidir

Tramp Ağ Evin aparat rəhbərini dəyişir

SOCAR və “Honeywell Technologies” arasında Qlobal Çərçivə Sazişi imzalanıb

Tramp: İranın qarşısını almasaydım, İsrail və Yaxın Şərq mövcud olmazdı

Dmanisi Tədris Mərkəzində tədbir: “Zəfər səsləyir bizi”

Birinci Qarabağ müharibəsi qəhrəmanının obrazını göz yaşları ilə yaradan aktyor – Elnur Vəlizadə

AzTV-nin 100 illik yubileyinə həsr olunmuş ensiklopediyanın təqdimatı olub VİDEO

AzTV-nin 100 illik yubileyinə həsr olunmuş ensiklopediyanın təqdimatı olub VİDEO

“Neftçi” “Kəpəz”ə qalib gəlib

Beynəlxalq Çövkən Federasiyasına 7 yeni ölkə üzv qəbul edilib

“Zəfər sədası” müsabiqəsində ən yaxşı bədii qiraətçilər seçilib

Peşə təhsili müəssisələrinin təhsilverənləri üçün keçirilən ixtisasartırma təlimləri yekunlaşıb

Ağdam, Füzuli və Xocavənd məktəbliləri arasında futbol turniri təşkil olunub

Xoreoqraf Şahar Binyamini: Azərbaycan rəqqasları çox istedadlıdırlar

AzTU-da “Şanlı Zəfər tariximiz” adlı tədbir: “Missiya” filmi nümayiş etdirilib

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə yeni xidmətlərin əlavə olunması planlaşdırılır VİDEO

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə yeni xidmətlərin əlavə olunması planlaşdırılır VİDEO

Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub

Gənclər və idman naziri Şuşada məskunlaşan sakinlərin müraciətlərini dinləyib

Qırğız Respublikasının Prezidenti Sadır Japarovdan

Nobel qardaşlarının Azərbaycan irsi Helsinkidə elmi müzakirə mövzusu olub

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti İtaliya Prezidenti Sercio Mattarella ilə görüşüb

ADPU-nun Quba filialında Səməd Vurğunun 120 illik yubileyi qeyd olunub

AMEA-nın elmi müəssisələrində bal sistemi əsasında qiymətləndirmə mexanizmi təkmilləşdirilir

“Turan Tovuz” səfərdə “Qarabağ”ı məğlub edib

Avropa Komissiyası: Çexiya miqrasiya təzyiqi təhlükəsi altında olan ölkələr sırasındadır

“Prezidentimizə söz verdim” – CAHANGİRBƏYLİDƏN REPORTAJ

Qələbənin sədası xalq çalğı alətlərində

Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Ağdərədə vətəndaş müraciətlərini dinləyib

Tbilisidə “Koordinat 44” tamaşasının premyerası olub

Qazaxıstan və Ermənistan TRIPP nəqliyyat dəhlizinin birgə inkişaf perspektivlərini müzakirə ediblər

Praqada 8 Noyabr - Zəfər Günü təntənəli şəkildə qeyd olunub

Zəfər Günü münasibətilə gənclər Əlincəqalaya yürüş ediblər

Zəfər Günü Azərbaycanın gücünün, xalqımızın sarsılmaz birliyinin təcəssümüdür - ŞƏRH

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən

Suriya Türkman Məclisinin sədri, Suriya Xalq Məclisinin üzvü Əbdürrəhman Mustafapaşadan

Türk Dövlətləri Təşkilatının sabiq Baş katibi Kubanıçbek Ömüralıyevdən

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələrin 6-cı raundu keçirilib

NDU-da Zəfər Günü: sərgi, tamaşa və şəhid ailəsinin ehtiramı VİDEO

NDU-da Zəfər Günü: sərgi, tamaşa və şəhid ailəsinin ehtiramı VİDEO

QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

Cahangirbəylinin həyat ağacı - FOTOLAR

MDU-da Dövlət Bayrağı Günü və Zəfər Gününə həsr olunmuş tədbir təşkil olunub

Ağstafada bir ailənin 3 üzvü zəhərlənib

Braziliyada 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir təşkil edilib

Azərbaycan IV Avrasiya Təhlükəsizliyi Konfransında təmsil olunub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər YENİLƏNİB-3 VİDEO

Azərbaycanın Zəfər Gününə həsr olunmuş “Koordinat 44” tamaşası Tbilisidə səhnələşdirilir

İstanbulda Vətən müharibəsi şəhidlərinin xatirəsinə 44 ağac əkilib

Aygün Attar: Azərbaycançılıq dövlətin ideoloji dayanıqlılığının və milli birliyin əsasını təşkil edir

İşğaldan azad edilmiş ərazilərin bərpası və yerli istehsalın inkişafı dayanıqlı məskunlaşma üçün şərait yaradır

UNEC-də bayram tədbiri: Zəfərin 6-cı ildönümü

Konfutsi İnstitutunun direktoru: Hərtərəfli strateji tərəfdaşlıq Azərbaycan və Çin üçün yeni perspektivlər açır

Milli Məclis komitələrinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsinin layihəsi müzakirə olunub

Bakıda keçirilən BMT İdarəetmə İnnovasiyaları Sammiti başa çatıb – YENİLƏNİB

AzerGold” Zəfər Gününu silsilə tədbirlərlə qeyd edib

Dövlət Komitəsində Zəfər Günü münasibətilə tədbir

FHN-in əməkdaşları Zəfər Gününü qeyd ediblər

Bakı Dövlət Universitetində Zəfər Günü qeyd olunub

Dövlət Agentliyinin sədri: Son iki gündə Bakı səmərəli dialoq platformasına çevrildi

Düşənbədə Zəfər Günü təntənəsi: Səfirlikdə bayram tədbiri

Latviyada Azərbaycanın Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Zəfər Günü münasibətilə tədbir keçirilib

Parlamentin komitəsində büdcə zərfinə daxil olan qanun layihələri müzakirəyə çıxarılıb

BMT rəsmisi: Bakıda qurduğumuz tərəfdaşlıqlar ən böyük nailiyyətlərimizdən və dəyərli imkanlarımızdan biridir

Qarsda voleybol üzrə Zəfər Turniri keçirilib

Qadın voleybolçular arasında Azərbaycan Superliqasında yeni mövsüm start götürüb

AQTİ-nin Rəqəmsal və İnnovativ Təlim Mərkəzi fəaliyyətə başlayıb VİDEO

AQTİ-nin Rəqəmsal və İnnovativ Təlim Mərkəzi fəaliyyətə başlayıb VİDEO

“Alphabet” “Qualcomm” şirkətində yarım milyard dollarlıq pay əldə edib

V4 liderləri Aİ-nin genişlənməsini dəstəkləyib, Ukrayna məsələsində fikir ayrılığı qalır

Şotlandiyada polisə hücum edilib, 7 nəfər saxlanılıb

Əlcəzairdə Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

AQTA-da Zəfər Günü qeyd olunub

Daşkənddə “Humay və sehrli Huma quşu” kitabının özbək dilində nəşrinin təqdimatı olub

Avropada təbii qazın qiyməti həftə ərzində 16 faizədək azalıb

London metrosunda iş şəraiti ilə bağlı tətillər keçiriləcək

Şamaxıda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə keçirilib

Macarıstanın "Gripen" qırıcıları bomba təhdidlərinə görə üç dəfə havaya qaldırılıb

İngiltərə Bankının rəhbəri: Aİ ilə əlaqələrin gücləndirilməsi Britaniya iqtisadiyyatının inkişafına təkan verə bilər

Laçında “Böyük Qayıdışın Zəfər bayramı” adlı konsert proqramı VİDEO

Laçında “Böyük Qayıdışın Zəfər bayramı” adlı konsert proqramı VİDEO

BMT sammitində Bakı Kommünikesi elan edilib

Dövlət Xidmətinin nümayəndələri Koreyada daşınmaz əmlakın kadastrı sahəsindəki rəqəmsallaşdırma işləri ilə tanış olublar

Zəfər Günü münasibətilə Vətən müharibəsində iştirak etmiş vəkillərlə görüş olub

Ağdamda 8700-dən çox ağac və dekorativ kol əkilib

Rəqəmsal transformasiya dövründə Azərbaycan televiziyası: çağırışlar, inkişaf meyilləri və perspektivlər

Ekologiya və Təbii Sərvətlər Nazirliyində Zəfər Günü qeyd olunub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Müəllim: Musiqi bacarıqları düzgün tədris və müntəzəm məşğələ ilə inkişaf edir

Yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatında növbəti qaliblər məlum olub

BOS su təchizatı sistemi ilə bağlı analizlərin nəticələrini açıqlayıb

Azərbaycan radiosunun 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans başa çatıb

Ədliyyə naziri Samuxda vətəndaşların müraciətlərini dinləyib

Keniyada Zəfər Günü qeyd olunub, Azərbaycanın postmünaqişə dövrü bərpa təcrübəsi təqdim edilib VİDEO

Keniyada Zəfər Günü qeyd olunub, Azərbaycanın postmünaqişə dövrü bərpa təcrübəsi təqdim edilib VİDEO

Zəfər Günü beynəlxalq hüququn bərpası baxımından mühüm tarixi və siyasi əhəmiyyətə malikdir - ŞƏRH

Bomba təhdidi ilə əlaqədar Sofiya hava limanına iki təyyarə eniş edib

Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Milli qürurumuzun təntənəsi – ADPU-nun Şamaxı filialında Zəfər Günü

Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər

“ASAN xidmət”in və BMT-nin sammitində innovativ idarəetmə həlləri hazırlanıb