DÜNYA


Finlandiyanın Baş Naziri Antti Rinne istefa ərizəsi verib

Stokholm, 3 dekabr, AZƏRTAC

Finlandiyanın Baş Naziri Antti Rinne ölkə Prezidenti Sauli Niinistöyə istefa ərizəsi verib. Onun ərizəsi təmin edilib.

AZƏRTAC Finlandiya KİV-lərinə istinadla xəbər verir ki, hökumətin başçısı xeyli müddət davam edən koalisiya böhranı nəticəsində istefa verib. Koalisiya böhranını sabiq Dövlət Şirkətlərinin İdarə olunması Məsələləri naziri Sirpa Paateronun istefasına səbəb olmuş ümummilli tətilin dayandırılmasından sonra yaranmış mübahisələr doğurub. Prezident Niinistö poçt işçilərinin əməkhaqlarının azaldılması planlarından nazirin xəbərdar olması təsdiq ediləndən sonra onun istefasını qəbul edib. Poçt əməkdaşlarının həmkarlar ittifaqları ilə razılaşma əldə etmək cəhdləri irimiqyaslı tətillərə gətirib çıxarıb ki, bu da ölkənin nəqliyyat sahəsini, sözün həqiqi mənasında, iflic vəziyyətinə salıb, çünki başqa həmkarlar ittifaqları da bu tətilə qoşulublar.

Sosial-demokratlarla bərabər, hakim koalisiyanın ən böyük iştirakçısı olan “Finlandiya mərkəzi” Partiyası dekabrın 2-də bəyan edib ki, onun Baş Nazirə etimadı sarsılıb və hökumətə etimadı bərpa etmək üçün əsas koalisiya partiyasını zəruri nəticələr çıxarmağa dəvət edib. Məhz bundan sonra Antti Rinne hökumətin başçısı vəzifəsindən istefa verib.

 

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.