DÜNYA
Rusiya və Türkiyə hərbi polisi Suriyada növbəti birgə patrula başlayıb
Moskva, 7 dekabr, AZƏRTAC
Rusiya və Türkiyə hərbi polisi Suriyada növbəti birgə patrul xidmətinə başlayıblar.
AZƏRTAC xəbər verir ki, iki ölkənin hərbi polisi Suriyanın Qamışlı yaşayış məntəqəsi yaxınlığında növbəti birgə patrul xidməti həyata keçirib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, birgə patrul Suriya-Türkiyə sərhədindəki Deyrun-Ağa keçid məntəqəsindən sərhədboyu ərazidə aparılır. Hava patrulunu Rusiya Hərbi Kosmik Qüvvələri Ordu Aviasiyasının helikopterləri təmin edirlər. Patrulun tərkibinə 8 adda hərbi texnika, 50-yə yaxın hərbçi daxildir.
Bu, Rusiya və Türkiyə hərbi polisinin Suriyada artıq 14-cü hərbi patruludur.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.05.2024 [20:01]
Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb
- 04.05.2024 [17:34]
“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır
- 04.05.2024 [16:16]
Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb
- 04.05.2024 [15:54]
Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır
- 04.05.2024 [15:52]
Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO
- 04.05.2024 [14:51]