MƏDƏNİYYƏT


Azərbaycan UNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin vitse-prezidenti seçilib

Paris, 17 dekabr, AZƏRTAC

Kolumbiyanın paytaxtı Boqotada UNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 14-cü sessiyasında Azərbaycan təşkilatın Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin vitse-prezidenti seçilib.

AZƏRTAC xəbər verir ki, sessiyada 5 qeyri-maddi mədəni irs nümunəsi Təcili Qorunmaya Ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına, 35 qeyri-maddi mədəni irs nümunəsi isə Bəşəriyyətin Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. İlk dəfə olaraq, bir qeyri-maddi mədəni irs nümunəsi siyahıdan çıxarılıb.

UNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 15-ci sessiyasının 2020-ci ilin 30 noyabr-5 dekabr tarixlərində Yamaykanın Mədəniyyət, Gender, Əyləncə və İdman naziri Oliviya Qranqenin sədrliyi ilə bu ölkənin paytaxtı Kinqston şəhərində keçirilməsi ilə bağlı qərar qəbul edilib.

Sessiyada qəbul olunmuş qərara əsasən, Azərbaycan komitənin vitse-prezidenti seçilib. Ölkəmizlə yanaşı, Çin, Niderland, Qazaxıstan, Küveyt və Cibuti də komitənin vitse-prezidentləri seçiliblər.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.