DÜNYA
Qazaxıstanın “Kazinform” və İtaliyanın ANSA agentlikləri əməkdaşlıq memorandumu imzalayıb VİDEO
Nur-Sultan, 23 yanvar, AZƏRTAC
Qazaxıstanın “Kazinform” beynəlxalq informasiya agentliyi və İtaliyanın ANSA informasiya agentliyi ilə əməkdaşlıq haqqında memorandum imzalanıb.
AZƏRTAC xəbər verir ki, sənədi “Kazinform”un idarə heyətinin sədri Askar Umarov və ANSA agentliyinin rəhbəri Stefano De Alessandri imzalayıblar.
Bununla da “Kazinform”un əməkdaşlıq etdiyi beynəlxalq xəbər agentliklərinin sayı 43-ə çatıb.
Sənədə əsasən ANSA agentliyi öz saytında “Qazaxıstan xəbərləri” rubrikası yaratmağı planlaşdırır. “Kazinform” isə saytın ingilis dili versiyasında İtaliyanın siyasət, iqtisadiyyat və mədəniyyət sahələrinə dair xəbərlər yerləşdirəcək.
Xatırladaq ki, Qazaxıstan Beynəlxalq İnformasiya Agentliyi “Kazinform” bu ilin avqustunda yaranmasının 100 illik yubileyini qeyd edəcək.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan