13 avqust - Dünya Solaxaylar Günüdür
Bakı, 13 avqust (AZƏRTAC). 13 avqust - Dünya Solaxaylar Günüdür.
AZƏRTAC xəbər verir ki, bu gün ilk dəfə 1992-ci ildə Britaniyalı Solaxaylar Klubunun təşəbbüsü ilə qeyd edilmişdir. Klubun əsas məqsədi üzvlərini ən son hadisələr barədə xəbərdar etmək, onların fikirlərini cəmiyyətə çatdırmaq, solaxaylar haqqında araşdırmaları genişləndirmək və inkişaf etdirmək olmuşdur.
Britaniyalı Solaxaylar Klubunun nigarançılığı ölkənin bir çox məktəblərində solaxay uşaqların əvvəlki kimi sağ əl ilə yazmağa məcbur edilməsindən irəli gəlmişdir. Bu da şagirdlərdə stress yaradır və onların davamiyyətini aşağı salırdı.
Avqustun 13-də bütün dünyada insanlar solaxaylığın müsbət və mənfi cəhətləri barədə maarifləndirilir, məhsul istehsalçılarının diqqəti onların da tələbatlarına yönəldilir, müxtəlif yarış və tədbirlər təşkil olunur.
İşlərini yalnız sol əl ilə yerinə yetirən tanınmış solaxaylardan Mark Tveni, Leonardo da Vinçini, Merlin Monronu, Robert de Nironu, Napoleon Bonapartı, Janna d` Arkı, ABŞ-ın sabiq prezidentləri - Corc Buş, Bill Klintonu və başqalarını misal göstərmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]