Londonun cənubunda bıçaqlı hücum nəticəsində iki nəfər yaralanıb VİDEO
London, 2 fevral, AZƏRTAC
Londonun cənubundakı Stritham bölgəsində bıçaqlı hücum nəticəsində iki nəfər yaralanıb.
Hadisə yerində olan şahidlər bildiriblər ki, cinayətkar mağazadakı müştəriləri bıçaqlayıb. Polis tərəfindən cinayətkar güllələnərək öldürülüb.
London Polis İdarəsi hadisə yerinin tamamilə nəzarət altına alındığını və hücumun terrorçu qruplaşmalarla əlaqəli olduğunu açıqlayıb.
Baş Nazir Boris Conson baş verən hadisədən narahatlığını ifadə edib. O, təcili yardım xidmətinə yaralılara zamanında tibbi müdaxilə etdiklərinə görə təşəkkür edib.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London