Qırğızıstan vətəndaşları Çindən Qazaxıstan aviaşirkətinin təyyarələri ilə təxliyə edilib VİDEO
Nur-Sultan, 13 fevral, AZƏRTAC
Qazaxıstanın “AirAstana” aviaşirkətinə məxsus təyyarə 211 nəfəri - 171 Qazaxıstan və 40 Qırğızıstan vətəndaşını Çindən Almatıya gətirib.
AZƏRTAC xəbər verir ki, Pekin-Almatı təyyarəsi ilə bu gün gələn qazaxıstanlıların hamısı, infeksiyaya nəzarət tələblərinə uyğun olaraq Almatıdakı çoxprofilli klinik xəstəxanaya yerləşdirilib.
Qazaxıstan Səhiyyə Nazirliyindən verilən məlumata görə, gələnlərin səhhəti qənaətbəxşdir. Təyyarənin göyərtəsində sərnişinlər üç mərhələli termometriya sınağından keçiblər. Koronavirus infeksiyasının simptomları heç kimdə aşkar edilməyib.
Qırğızıstan vətəndaşları artıq Bişkekə yola salınıb.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan