Çinin sənaye şirkətlərinin gəlirləri 38,3 faiz azalıb VİDEO
Pekin, 27 mart, AZƏRTAC
Çinin orta və iri sənaye şirkətlərinin gəlirləri yeni növ koronavirus (COVID-19) epidemiyası ilə əlaqədar xeyli azalıb.
AZƏRTAC Çin Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, illik dövriyyəsi 20 milyon yuandan (2,84 milyon ABŞ dolları) yuxarı olan şirkətlərin gəlirləri yanvar-fevral aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 38,3 faiz azalıb. Hesabat dövründə bir çox müəssisə epidemiya ilə əlaqədar fəaliyyət göstərməyib. Digər amillər - məhsulların maya dəyərinin yüksəlməsi, satış qiymətlərinin azalması da müəssisələrin gəlirlərinin azalmasına səbəb olub.
Komitənin məlumatında deyilir ki, 41 sənaye sahəsinin 37-də mənfəət azalıb. İstehsal sektorunda mənfəətin azalması 42,7, mədənçilikdə isə 21,1 faiz olub. Dövlətə məxsus şirkətlərin mənfəəti 32,9 faiz, özəl müəssisələrinki isə 36,6 faiz azalıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]