REGİONLAR


Karantin rejimi ilə əlaqədar Balakəndə ehtiyacı olan şəxslərə sosial xidmətlər göstərilir

Balakən, 2 aprel, Mustafa Dadaşov, AZƏRTAC

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində xüsusi karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar Balakən rayonunda evdə qalan ahıl, tənha vətəndaşların sosial ehtiyaclarının ödənilməsi üçün rayon icra hakimiyyəti başçısı yanında yaradılmış qərargahın üzvləri və Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rayon şöbəsi tərəfindən zəruri tədbirlər həyata keçirilir.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, qərargahın üzvləri, inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyələr vasitəsi ilə sosial yardıma ehtiyacı olan tənha, ahıl vətəndaşlar müəyyən edilərək, onlar barədə DSMF-nin rayon şöbəsinə məlumat verilir. Belə şəxslər dərhal qeydiyyata alınaraq sosial xidmətə cəlb olunurlar. Hazırda DSMF-nin Balakən rayon şöbəsinin 34 sosial xidmət işçisi tərəfindən 288 vətəndaşa sosial xidmətlər göstərilir. Karantin rejimi tətbiq edildikdən sonra müraciətlər əsasında yaşı 65-dən yuxarı olan daha 41 tənha vətəndaş sosial xidmətə cəlb olunub. Onlarla müntəzəm əlaqə saxlanılır, vətəndaşlara ərzaq, dərman və məişət ləvazimatlarının alınması, həmçinin evlərdə həkim müayinələrinin təşkili kimi sosial xidmətlər göstərilir, kommunal xərcləri ödənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.