Qazaxıstanın "Xabar" agentliyi koronavirusla mübarizə aparan dünya həkimlərinə klip həsr edib VİDEO
Nur-Sultan, 14 aprel, АZƏRTAC
Bu gün bütün dünya həkimlərin və tibb işçilərinin cəsarəti və dözümünə heyran qalır. Onlar bəzən həyatlarını riskə ataraq pandemiya qurbanlarını xilas edən əsl qəhrəmanlardır. Koronavirusa yoluxanların sayı hər gün artmaqdadır, amma sağalan xəstələr də çoxdur. Bu, məhz ağ xalatlı insanların qəhrəmanlığıdır.
AZƏRTAC xəbər verir ki, Qazaxıstanın “Xabar” Agentliyi ölkənin Mədəniyyət və İdman Nazirliyi ilə birgə hazırladığı “Dünya duası” klipi pandemiya ilə mübarizə aparan dünyanın bütün həkimlərinə həsr edilib.
Qeyd edək ki, yunan bəstəkarı Vangelisin yazdığı bu məşhur əsəri Qazaxıstanın tanınmış müğənnisi Mayra Muxammedkızı ifa edib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan