Piyadaların döyüş maşınlarının ekipajları döyüş bacarıqlarını təkmilləşdirir VİDEO
Bakı, 17 aprel, AZƏRTAC
Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq piyadaların döyüş maşınları (PDM) ekipajları döyüş bacarıqlarını təkmilləşdirir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlim məşqlərinin əsas məqsədi zirehli texnika ekipajlarının döyüş hazırlığının artırılması, PDM-lərin çətin keçilən ərazilərdə idarə edilməsi və real döyüş şəraitində tətbiqi üzrə vərdişlərin təkmilləşdirilməsidir.