14718 NƏFƏRLİK ÇAY SÜFRƏSİ
Ginnessin Rekordlar Kitabının rəsmi nümayəndəsinin iştirakı ilə toplaşanlar 1,5 kilometrlik qırmızı həsirin üstündə əyləşərək, “itadakimasu” komandası ilə - Yaponiyada yeməkdən əvvəl, adətən, bu söz deyilir, - çayiçmə mərasiminə başlamışlar. Mərasim başa çatdıqdan sonra kitabın nümayəndəsi bildirmişdir ki, rekord qeydə alınmışdır.
“Mattya” çayı adi çaylara bənzəmir. Bu çay yarpağının tozu xüsusi qayda ilə - yüngül hamar kütlə alınanadək bambuk çənbəri ilə çalınaraq hazırlanır. Nəticədə bir qədər şirin, bir qədər acı, yaponların təbirincə, ilahi içki alınır.
Kütləvi çayiçmə mərasiminin əvvəlki rekordu 2005-ci ildə ABŞ-da qeydə alınmışdı. Onda süfrə başına 7250 adam toplaşmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.11.2026 [20:23]
Qazaxıstan Prezidenti ölkənin nəqliyyat sektorundakı vəziyyəti tənqid edib
- 13.11.2026 [20:10]
Paris küçələrinə 60 minə yaxın etirazçının çıxacağı gözlənilir
- 13.11.2026 [17:26]