MƏDƏNİYYƏT
Koronavirus dövrünün yenilikləri – “Avtomobillə kinoteatra” VİDEO
Pekin, 25 aprel, AZƏRTAC
Koronavirus pandemiyası ilə əlaqədar bir çox ölkədə tətbiq olunan karantin rejimi əyləncə-istirahət mərkəzlərinin fəaliyyətinə, o cümlədən kinoteatrların işinə qadağa qoyub. Amma Cənubi Koreyada kinosevərlərin kinoteatrda film izləməsi üçün özünəməxsus çıxış yolu tapıblar. Buna “avtomobillə kinoteatra” layihəsi də demək olar.
AZƏRTAC xəbər verir ki, paytaxt Seulun bir neçə məhəlləsindəki kiçik parklarda müvəqqəti kinoteatra adamlar öz avtomobilləri ilə gəlib, filmləri də elə avtomobildən izləyə bilirlər. Bununla həm karantin rejiminin tələblərinə uyğun olaraq insanların yaxın təmaslarının qarşısı alınır, həm də tamaşaçıların kinoteatrda film izləmək imkanı təmin olunub.
Tamaşaçılar əvvəlcədən onlayn qaydada avtomobil üçün bilet almalıdırlar. Sakinlər bu cür kinoteatrları həm filmlərə baxmaqdan zövq almaq, həm də bütün ailə olaraq evdən kənara çıxa bilmək şansı kimi dəyərləndirirlər. Yerli hökumət tələbat olacağı təqdirdə bu cür kinoteatrların fəaliyyətinin bütün karantin rejimində davam etdiriləcəyini açıqlayıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin