Polşada karantindən çıxmanın ikinci fazasına başlanılıb VİDEO
Varşava, 4 may, AZƏRTAC
Polşada hökumət mayın 4-dən karantin qaydalarının yumşaldılması üzrə ikinci fazanın tətbiqinə başlayıb.
AZƏRTAC xəbər verir ki, bu faza üzrə ölkədə bütün ticarət mərkəzləri ( bar və restoranlar istisna olunmaqla), inşaat malları mağazaları, ictimai mədəniyyət mərkəzləri, muzey, sərgi və kitabxanalar, tibbi reabilitasiya mərkəzləri, otel və qonaq evləri fəaliyyətə başlayıb.
Mayın 6-dan etibarən isə, uşaq bağçaları fəaliyyətə başlayır.
Kafe, restoran, kinoteatr kimi istirahət obyektlərinin açılması isə cari vəziyyətə bağlıdır. Ölkə üzrə virusun yoluxma sürəti aşağı düşərsə, onların da yenidən işləməsinə icazə veriləcək.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava