ELM VƏ TƏHSİL


Azərbaycan turizminin bu günü və gələcəyi mövzusunda VI Respublika konfransı

Bakı, 16 may, AZƏRTAC 

COVID-19 virusunun yaratdığı qlobal problemə və tətbiq edilən karantin rejiminə baxmayaraq, Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) təhsilin davamlılığının təmin edilməsi məqsədilə məsafədən tədris sisteminə keçib.

ATMU-dan AZƏRTAC-a bildirilib ki, karantin dövründə universitetin illik fəaliyyət planında nəzərdə tutulan tədbirlər də onlayn keçirilir.

Plana uyğun olaraq universitet ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə gənc tədqiqatçıların “Azərbaycan turizmi: bu günü və gələcəyi” VI Respublika konfransını keçirib. Konfrans “Microsoft Teams” platforması üzərindən təşkil edilib.

Onlayn tədbirdə ATMU-nun rektoru İlham Mədətov ölkədə turizmin inkişafı üçün aparılan məqsədyönlü siyasətdən, dövlətimizin başçısının bu sahəyə xüsusi diqqətindən danışıb və iştirakçılara uğurlar diləyib.

Universitetin Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov belə konfransların əhəmiyyətini vurğulayaraq, Ulu Öndərin Azərbaycanda turizmin maddi-texniki, həmçinin hüquqi bazasının formalaşması üçün atdığı addımlar haqqında məlumat verib.

Konfransda Azərbaycan Turizm və Menecment, Azərbaycan Texniki, Bakı Biznes, Mingəçevir Dövlət universitetlərindən 45 magistr və bakalavr tələbənin məruzələri dinlənilib.

Sonda Turizm biznesi kafedrasının müdiri Hafiz Hüseynov, dosent Çingiz Gülalıyev, baş müəllimlər Şəmsiyyə Tahirbəyova, Rəfiqə Ağasıyeva və Aynur Hüseynzadə konfransla bağlı fikirlərini bölüşüb və iştirakçılara tövsiyələrini veriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.