Təlimlərdə döyüş aviasiya vasitələrinin yerdəyişməsi həyata keçirilir VİDEO
Bakı, 19 may, AZƏRTAC
Genişmiqyaslı əməliyyat-taktiki təlimlərin planına uyğun olaraq döyüş aviasiya vasitələrinin yerdəyişməsi həyata keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, döyüşə hazır vəziyyətə gətirilən təyyarə və helikopterlər ehtiyat aerodromlara çıxarılır.