ELM VƏ TƏHSİL
Mərkəzi Elmi Kitabxana nəşrləri PDF formatda təqdim edir
Bakı, 20 may, AZƏRTAC
AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) akademiyanın professoru Salidə Şərifovanın “Əriyən şam” hekayələr toplusunu və “Dionisin qələbəsi” kitabını PDF formatda təqdim edir.
MEK-dən AZƏRTAC-a bildirilib ki, “Əriyən şam” kitabında ictimai-siyasi, sosial-iqtisadi, milli-mədəni proseslərdə baş vermiş problemlər bədii təhlillə oxuculara təqdim olunur.
“Dionisin qələbəsi” hekayələr toplusunda isə Salidə Şərifovanın müxtəlif illərdə qələmə aldığı “Dionisin qələbəsi”, “Mətn cızmaçısı”, “Layihə oyunu”, “Sən elə şeyləri anlamazsan”, “Ləzzəti - söhbəti”, “Əlyazmalar yanmır”, “Sənin səlahiyyətin çatırmı?”, “Psixiatrın gündəliyi” hekayələri toplanıb. “Dionisin qələbəsi” hekayələr toplusuna daxil edilən əsərlərin ümumi cəhətini xüsusi vurğulamaq lazımdır. Bu əsərlər bədii yaradıcılıq haqqında hekayələrdir. Süjet xətti yaradıcı şəxsiyyətlərin yaradıcı taleləri ətrafında qurulur. Hekayələrdə ədəbiyyatşünaslığın bir sıra problemləri ətrafında bədii formada fikir mübadiləsi ətraflı işıqlandırılıb.