Kiyev metrosu uzun fasilədən sonra sərnişinlərini qəbul edir FOTOREPORTAJ VİDEO
Kiyev, 25 may, AZƏRTAC
Koronavirusla bağlı uzun müddətdir fəaliyyəti dayandırılan Kiyev metrosu bu gündən şəhər sakinlərinin istifadəsinə verilib.
AZƏRTAC xəbər verir ki, metroya yalnız maska ilə daxil olmağa icazə verilir və sosial məsafə qaydası tətbiq edilir.
Kiyev metrosunda qatarlar və sərnişin zonaları dezinfeksiya edilir. Metropoliten işçiləri qoruyucu vasitələrlə təmin olunub.
AZƏRTAC Kiyev metrosundan foto və video materialı təqdim edir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Foto-video: Rüstəm Məmmədov
Kiyev