REGİONLAR


Kəngərli rayonunda sağlamlıq imkanları məhdud şəxslərə səyyar xidmətlər göstərilib

Kəngərli, 28 may, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən muxtar respublika sakinlərinə səyyar xidmətlərin göstərilməsi davam etdirilir.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, mərkəzin həkim heyəti tərəfindən bu dəfə Kəngərli rayonunda məhdud fiziki imkanlı şəxslərə səyyar xidmət göstərilib.

Xidmət zamanı məhdud fiziki imkanlı şəxslərdən protez və ortez sifarişləri qəbul edilib, zəruri hallarda protezlər təmir olunub. Eyni zamanda, müvafiq kateqoriyadan olan şəxslər texniki və köməkçi reabilitasiya vasitələri ilə də təmin ediliblər.

Sağlamlıq imkanları məhdud şəxslər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.