REGİONLAR


Zaqatala rayon Heydər Əliyev Mərkəzinin kollektivi uşaqları bayram hədiyyələri ilə sevindirib

Zaqatala, 1 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Zaqatala rayon Heydər Əliyev Mərkəzinin təşkil etdiyi “Uşaqlar bizim gələcəyimizdir” adlı aksiya uşaqlara xoş əhval-ruhiyyə, əsl bayram sevinci yaşadıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya çərçivəsində Mərkəzin əməkdaşları şən klounun iştirakı ilə karantin rejiminin tələblərinə riayət etməklə Zaqatala şəhərindəki mədəniyyət və istirahət parkında dincələn uşaqlara bayram hədiyyələri paylayıblar. Sonra Mərkəzin əməkdaşları bayram sovqatı ilə aztəminatlı ailələrin qonağı olub, gətirdikləri hədiyyələrlə uşaqları sevindiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.