Çində torpaq sürüşməsi nəticəsində itkin düşənlərin axtarışları nəticə verməyib VİDEO
Pekin, 2 iyun, AZƏRTAC
Çinin cənub-qərbindəki Yünnan vilayətində şiddətli yağışların törətdiyi palçıq axını və torpaq sürüşməsi nəticəsində itkin düşənlərin axtarışları davam edir. Hələlik axtarışlar nəticə verməyib.
AZƏRTAC yerli hökumətin məlumatına istinadla xəbər verir ki, iyunun 1-də baş verən təbii fəlakət nəticəsində 2 nəfər ölüb, 6 nəfər itkin düşüb. Mayın 24-dən başlayan şiddətli yağışların törətdiyi fəsadlar nəqliyyatın hərəkətinə çətinlik yaradıb, kommunikasiya və elektrik xətlərinə ziyan dəyib. Təbii fəlakət 10 minə yaxın sakinin gündəlik yaşayışına mənfi təsir edib, təxminən 2800 sakin və 427 turist təxliyə edilib.
Fəlakət bölgəsində müvafiq qurumların canlı qüvvəsi və texnikası işləyir. Elektrik, su və rabitə xətlərinin müəyyən hissəsi bərpa olunub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [22:52]
Keti Zakariaya Ağ Evin mətbuat katibi vəzifəsi təklif olunub
- 09.10.2026 [22:28]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [21:06]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]