Bərdə kümçüləri bu günədək 22 ton 800 kiloqram barama tədarük ediblər
Bərdə, 8 iyun, AZƏRTAC
Bərdə rayonunun kümçüləri bu il 1000 qutu (19 min qram) ipəkqurdu toxumu bəsləyiblər. Əvvəlki illərdə yetişdirilən məhsulun bəhrəsini görən bərdəli kümçülər cari ildə daha çox məhsul istehsal etməyi qarşıya məqsəd qoyublar. Rayon üzrə 40 tondan çox barama tədarük ediləcəyi gözlənilir.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, barama tədarükü davam edir. Artıq kümçülərin yetişdirdikləri 22 ton 800 kiloqram məhsul rayonda “Azəripək” MMC nümayəndələri tərəfindən qəbul edilib.
Qeyd edək ki, Bərdə rayonunun xeyli inkişaf edən sahələrdən olan baramaçılıq 1990-cı illərin əvvəllərində tənəzzülə uğrasa da, 2016-cı ildə yenidən bərpa edilməyə başlanılıb. İpəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-2019-cu illərdə rayon ərazisində 400 min ədəddən çox tut tingi əkilib. 2016-cı ildə 4,5 ton, 2017-ci ildə 12,5 ton, 2018-ci ildə 24,5 ton, 2019-cu ildə isə 36,6 ton barama istehsal olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]