Artilleriya bölmələrinin döyüş atışlı təlimləri keçirilib VİDEO
Bakı, 8 iyun, AZƏRTAC
Azərbaycan Respublikası Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq, raket və artilleriya birləşmələrinin döyüş atışlı təlimləri keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimlərdə artilleriya bölmələri marşları icra edib, cəmləşmə rayonlarına çıxıb və atəş mövqelərini tutaraq döyüş atışlarını yerinə yetiriblər.