Fransada səhiyyə işçiləri etiraz nümayişinə çıxıblar VİDEO
Paris, 16 iyun, AZƏRTAC
Fransada səhiyyə işçiləri etiraz nümayişinə çıxıblar.
AZƏRTAC xəbər verir ki, Paris, Marsel, Lion, Qrenobl, Bordo, Cean, Bayonne kimi şəhərlərdə tibb işçiləri küçələrə çıxaraq xəstəxanaların vəziyyətinin acınacaqlı olduğunu bildirir, dövlətin səhiyyə üçün vəsait ayırmasını, məvaciblərin artırılmasını və diplomların tanınmasını tələb edirlər. Onlar, həmçinin xəstəxanalarda işçi çatışmazlığına, xəstəxanaların bağlanmasına etirazlarını bildirirlər.
Qeyd edək ki, həmkarlar ittifaqının təşkilatçılığı ilə bu gün ölkə üzrə 220 nümayiş keçirilib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris