Moskvada güclü yağış və tufan nəticəsində 30-dan çox avtomobil yolu və iki piyada keçidi su altında qalıb VİDEO
Moskva, 21 iyun, AZƏRTAC
Moskvada güclü yağış və tufan nəticəsində 30-dan çox avtomobil yolu və iki piyada keçidi su altında qalıb, ağaclar kökündən çıxaraq aşıb.
AZƏRTAC xəbər verir ki, gün ərzində Rusiya paytaxtında aylıq normanın 70 faizi qədər yağıntı qeydə alınıb. Nəticədə yollar və piyada keçidləri su altında qalıb. Belə ki, Moskvanın Varşava şosesini, Vernardskoe və Miçurinskoe prospektlərini və ətraf küçələri su basdığından avtomobillərin hərəkəti çətinləşib, bir çox küçə və həyətlərdə maşınlar su altında qalıb. Varşava şosesində yeraltı keçidi tamamilə su basıb. Bir neçə yerdə torpaq çokməsi qeydə alınıb, 10-dan çox ağac aşıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva