Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Azərbaycanda turizm təhsilinin inkişafına xüsusi diqqət yetirilir

Azərbaycanda turizm təhsilinin inkişafına xüsusi diqqət yetirilir

Bakı, 2 iyul, AZƏRTAC

Müstəqil Azərbaycan Respublikasında qeyri-neft sektorunun inkişaf etdirilməsi prioritet istiqamətlərdən biridir. Dövlətimiz tərəfindən həyata keçirilən proqramlar və tədbirlər də müvafiq olaraq qeyri-neft sektorunun inkişafına kömək edir. Qeyri-neft sektorunun əsas sahələrindən biri olaraq turizm hökumətimizin hər zaman diqqət mərkəzindədir. Ölkəmizin təbii-coğrafi şəraiti, malik olduğu maddi-mənəvi resurslar, həmçinin tarixən formalaşmış adət-ənənələri bu sahənin inkişafı üçün zəmin yaradıb. Turizmin inkişafı istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan dövlət siyasəti çərçivəsində bir sıra beynəlxalq təşkilatlarla da sıx əməkdaşlıq edilməkdədir. Təəssüf ki, COVID-19 pandemiyası ilə əlaqədar yaranmış çətin vəziyyətdə digər sahələr kimi turizm sənayesinə də böyük ziyan dəyib ki, bu da ölkə iqtisadiyyatına təsirsiz ötüşməyib. Əhalisinin sağlamlığı və təhlükəsizliyi mühüm amil olduğu üçün Azərbaycan da pandemiya dövründə dünya ölkələrinin əksəriyyəti kimi öz sərhədlərini bağlayıb. Prezident İlham Əliyevin BMT-nin Ümumdünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili ilə videogörüşü zamanı dediyi “Ümid edirik ki, pandemiya zəiflədikcə, o cümlədən bizim sıx əməkdaşlıq etdiyimiz Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməklə biz də sərhədləri açacağıq. Bunun nə vaxt baş verəcəyini demək çətindir. Lakin bu, baş verən kimi, əlbəttə, turizm sektorunun bərpasına dair sizin tövsiyələriniz çox gərəkli olacaq.

Əminəm ki, bütün dünyada turizm sahəsi bərpa olunacaq. Bu, birmənalı olaraq belədir, sadəcə, vaxt tələb edir.

Azərbaycanda buna kömək edə biləcək bütün amillər var: sabit ictimai-siyasi şərait, təhlükəsizlik, xalqımızın qonaqpərvərliyi, tarixi abidələr, təbiətin müxtəlifliyi, yay turizmi, qış turizmi və Azərbaycan mətbəxi” fikri mövcud vəziyyətdən ölkəmizin uğurla çıxacağına inamı daha da artırıb. Bu ondan xəbər verir ki, həm dövlət, həm də yaradılan münbit şəraitdən yararlanan özəl sektor müvafiq sahəyə sərmayə qoyuluşunu davam etdirəcək.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rektoru İlham Mədətov söyləyib. O bildirib ki, turizm sahəsinin inkişafının əsas istiqamətlərdən biri də turizm təhsilinin inkişafıdır. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin dəstəyi ilə ATMU bu sahənin inkişafı üçün ixtisaslı kadrların yetişdirilməsi, yüksək keyfiyyətli, beynəlxalq təhsil standartlarına cavab verən təhsil sisteminin tətbiq edilməsi istiqamətində işlər görməkdədir. İxtisaslaşdıqları sahələrdə dayanıqlı inkişafı təşviq edən və fəaliyyət göstərdikləri müəssisələrdə xidmət səviyyəsini yüksəltməyə töhfə verəcək yeni nəsil liderlər yetişdirmək hədəfini qarşısına qoyaraq ATMU uğurlu fəaliyyətini davam etdirməkdədir. Universitet bir çox beynəlxalq təşkilatın üzvüdür və həmin qurumların layihə və proqramlarında fəal iştirak edir. Otuzdan çox xarici ali təhsil müəssisəsi ilə müxtəlif təhsil proqramları çərçivəsində universitetin əməkdaşlığı qurulub. Təbii ki, bu təşkilatlar içərisində ən önəmli yerlərdən birini universitetimizin affiliativ üzvü olduğu Ümumdünya Turizm Təşkilatı tutur. Təşkilatla universitet arasında sıx əməkdaşlıq mövcuddur. 2018-ci il aprelin 5-də ATMU-ya gəlişi zamanı Ümumdünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili universitetimizdə turizm təhsilinin dünya standartları səviyyəsinə çatdırılması istiqamətində həyata keçirilən işlərlə tanış olub, turizm sənayesi infrastrukturunun formalaşması və daha da təkmilləşməsi sahəsində ali təhsil ocağının fəaliyyətini yüksək qiymətləndirib.

Həyata keçirdiyi fəaliyyətin nəticəsidir ki, universitet 2019-cu il noyabrın 20-də Turizm işinin təşkili ixtisas proqramı üzrə ISO 9001:2015, eyni təhsil proqramı üzrə 2020-ci il martın 10-da isə Ümumdünya Turizm Təşkilatının “UNWTO.TedQual” beynəlxalq keyfiyyət sertifikatlarına layiq görülüb. Bu, təbii ki, ATMU-nun imza atdığı böyük uğurlardandır.

“Ölkəmizdə ancaq ATMU tərəfindən Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan Respublikası, İsrail, Şimali Kipr Türk Respublikası, Türkiyə kimi ölkələrdə 22 həftə müddətində istehsalat təcrübəsi kimi imkanlar da tələbələrimizə təqdim olunur. Həmçinin ölkədə turizm ixtisası üzrə ilk beynəlxalq ikili diplom proqramı olan “Azərbaycan-Avstriya Turizm Proqramı”nda təhsil almaq və təhsil müddətinin sonunda həm ATMU, həm də Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universitetinin diplomunu əldə etmək şansı tələbələrə təqdim olunan digər fürsətdir. Dövlətimizin başçısı postpandemiya dövründə turizmin inkişafı üçün beynəlxalq təcrübəni öyrənməyi, həmçinin Ümumdünya Turizm Təşkilatının tövsiyələrinə əməl ediləcəyini xüsusi qeyd edib: “Postpandemiya dövründə işi daha düzgün görmək üçün bizə sizin təşkilat tərəfindən tövsiyələr lazımdır. Biz buna çox ümid edirik. Əminik ki, sizin verəcəyiniz məsləhətlərə əməl edəcəyik və onları həyata keçirməklə çalışacağıq ki, bu sahəni maksimum qısa müddətdə bərpa edək. Hərçənd bu, asan olmayacaq. Əlbəttə, biz turizm sahəsində aparıcı ölkələrin, böyük təcrübəyə malik olan və özlərinin iqtisadi inkişafında müəyyən dərəcədə, əhəmiyyətli dərəcədə turizm sektoruna güvənən ölkələrin atdığı addımları diqqətlə izləyəcəyik”. Prezident xüsusi olaraq qeyd edib ki, “Pandemiya sovuşandan dərhal sonra biz, əlbəttə, öz addımlarımızı çox dəqiq planlaşdırmalıyıq. Bir daha demək istəyirəm ki, səhvə yol verməmək və məhz turizm sahəsinin bərpası istiqamətində addımlar atmaq üçün sizin növbəti məsləhətlərinizi, tövsiyələrinizi gözləyəcəyik”.

“Yaman günün ömrü az olar” deyiblər, inanırıq ki, tezliklə çətin günlər arxada qalacaq, digər sahələr kimi turizm sahəsində də işlər öz məcrasına qayıdacaq”,- deyə İlham Mədətov qeyd edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

Xankəndiyə 7 təcili tibbi yardım avtomobili göndərilir

İtaliyada 177 nəfərin olduğu gəmi-bərəsində yanğın baş verib

Azərbaycan Premyer Liqası: "Səbail" - "Sabah" oyununda qalib müəyyənləşib

İsmayıllıda adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat – SİYAHI

“Göyçay ensiklopediyası” adlı kitabın təqdimatı olub

Azərbaycanın hərbi qulluqçusunun şəhid olması faktı ilə bağlı cinayət işi başlanılıb

Kuklaçılar Gəncədə

Bakı Beynəlxalq Astronavtika Konqresi keçiriləcəyi məkanlara mediatur təşkil olunub

Bolqarıstanda energetiklərin və mədənçilərin etirazları yollarda hərəkəti çətinləşdirib

Müraciətlərin bir portal vasitəsilə qəbulu erməniəsilli sakinlərimizin qeydiyyatına kömək edəcək - ŞƏRH

Ürək-damar cərrahı: Kəskin mədə ağrıları miokard infarktının da əlaməti ola bilər

Qars-Naxçıvan dəmir yolu region dövlətləri üçün də faydalı olacaq ŞƏRH

Ermənistan ərazisindən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz şəhid olub VİDEO

XİN erməni radikal qruplaşmalarının ABŞ-da təşkil olunan konfransın iştirakçılarına qarşı hücumunu pisləyib

Premyer Liqa: “Neftçi” səfərdə “Turan Tovuz”a qalib gəlib

“Qarabağ” azarkeşlərinə “Hekken”lə oyun üçün 1800 bilet ayrılıb

Zəngilan şəhərindəki 4-cü yaşayış kompleksində 131 mənzil olacaq

Sumqayıt çimərliyinin 3 hektardan artıq sahil zolağı tullantılardan təmizlənib

Bu gün Bakının 547 küçəsi yuyulub

Oktyabrın birinci ongünlüyünün ilk yarısında hava qeyri-sabit olacaq

Mingəçevirdə tanışını ehtiyatsızlıqdan öldürməkdə şübhəli bilinən şəxs tutulub

Sevinc Fətəliyeva: Ermənistan öz gələcəyini düşünürsə, Azərbaycanın sülh təşəbbüslərinə adekvat cavab verməlidir

Zəngilan kəndinə birinci mərhələdə 489 sakinin köçürülməsi üçün 127 fərdi ev tikiləcək

Tezliklə süni intellekt vasitəsilə beyin əməliyyatları aparılacaq

Kolin Gibson: “Qarabağ”ın bütün oyunlarını böyük maraqla izləyirəm

Bəzi bölgələrdə yağış, yüksək dağlıq ərazilərdə isə qar yağacağı proqnozlaşdırılır

Azərbaycanla Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıqla bağlı sənəd hüquqi qüvvəyə minəcək

Bakı Beynəlxalq Astronavtika Konqresi çərçivəsində beynəlxalq seminarlar davam edir

Müqəddəs Taxt-Tacın kardinallarının sayı artırılıb

Tam orta təhsil bazasında kolleclərin boş qalan yerlərinə ixtisas seçimi davam edir

Zəngilanda yeni təməli qoyulan uşaq bağçası 160 yerlik olacaq

Transmilli cinayət hüququnun nəzəri və praktiki problemlərinə dair monoqrafiya nəşr olunub

AZƏRTAC-ın təqdimatında “Heydər Əliyev Azərbaycandır!” ikihissəli filmi İctimai TV-də nümayiş olunacaq VİDEO

Qubada idman jurnalistləri üçün təlim keçirilib

Ənənəvi musiqi bayramı – Bakı Caz Festivalı başlayır

Zəngilanda 2-ci yaşayış kompleksi “taunhaus” tipli evlərdən ibarət olacaq

“Zəngilan” SES-ləri silsiləsində il ərzində 130 milyon kilovat-saatdan artıq “yaşıl enerji” istehsal ediləcək

“Gəncə” voleybol klubunda yeni məşqçi təyinatı olub

Alman şirkətləri işğaldan azad edilmiş ərazilərin bərpasında maraqlıdır

Prezident İlham Əliyev: Azərbaycan-Çin tərəfdaşlığı gündən-günə yeni məzmunla zənginləşir

FIDE reytinqi: Teymur Rəcəbovun mövqeyi dəyişməyib, Şəhriyar Məmmədyarov geriləyib

Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə

Xırdalanda təqdim olunan “1001 iş” adlı əmək yarmarkası böyük marağa səbəb olub

Azərbaycanda istehsal edilən elektrik enerjisinin 17 faizi bərpaolunan enerji mənbələrinin payına düşür

Bərpaolunan enerji mənbələri üzrə informasiya sisteminin Əsasnaməsi təsdiqlənib

“Sevənlərindir dünya” tamaşası yenidən səhnədə

İşğaldan azad edilmiş ərazilərdə 240 MVt-lıq GES-in inşası planlaşdırılır

Zəngilan Konqres Mərkəzi Kompleksində beynəlxalq tədbirlərin keçirilməsi üçün müasir şərait yaradılıb

Bakı hava limanı Yunanıstanın “Aegean Airlines” aviaşirkətinin ilk reysini qarşılayıb

“Sumqayıt”ın futbolçusu: Qarşıdakı oyunda qələbə həsrətinə son qoyacağıq

Bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin Əsasnaməsi təsdiqlənib

E-sosial.az portalına bu il 5,7 milyondan çox müraciət qeydə alınıb

Polisin keçirdiyi əməliyyat zamanı ölkəyə 60 kiloqram narkotik vasitə gətirən 3 nəfər tutulub VİDEO

Avropanın ən məşhur on turizm şəhərinin siyahısı açıqlanıb

Naxçıvanda istehsal olunan enerjinin Türkiyə vasitəsilə Avropaya çıxarılması nəzərdə tutulur

Kiçik Kennedi müstəqil namizəd kimi 2024-cü il seçkilərində iştirak etmək niyyətindədir

Baş Prokurorluq: Davit Babayan məsuliyyətə cəlb edilib

Azərbaycan xalqının mədəniyyəti, mətbəxi, məişətinə aid nümunələr “Tbilisoba” bayramında nümayiş olunur

Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi qaydaları təsdiqlənib

“YAŞAT” Fondu Vətən müharibəsinin əlilləri üzərində əməliyyatın xərclərini ödəyib

İKTA və “Aztelekom” MMC arasında birgə işçi görüş olub

Növbəti silah-sursat və döyüş texnikası Ağdərə ərazisində müsadirə edilib VİDEO

® Manqalların əfsanəsi – “Kabablıq” gəldi!

DOST Konsepsiyası MDB ölkələrinə də tanıdılıb

Moldova KİV-ləri Prezident İlham Əliyevin Milli Şəhərsalma Forumunda çıxışına geniş yer ayırıb

Mehriban Ələkbərzadə: 65 yaşdan yuxarı işçilərlə müqavilə gündəmin ən çətin məsələsidir – MÜSAHİBƏ

Zəngilanın Alıbəyli kəndində birinci mərhələdə 772 sakin üçün 197 fərdi ev tikiləcək

ABŞ-ın federal agentlikləri bazar günündən etibarən qismən bağlana bilər

Şəhid ailələri və digər həssas qrupların sosial müdafiəsi sahəsində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Çimərlik voleybolu üzrə Azərbaycan komandaları beynəlxalq turnirin 1/4 finalına yüksəliblər

Kardiologiyanın aktual elmi və praktiki aspektləri müzakirə olunub

İqlim dəyişikliyinin Afrikada iqtisadiyyata təsiri üzrə hesabatlar açıqlanıb

Abşeron yarımadasında yaşıllıq massivlərinin xəritələri hazırlanıb

Ali Attestasiya Komissiyası: 30 iddiaçıya diplom və attestatlar təqdim edilib

Dünya üçüncüsü olan ağırlıqqaldıran: Yarışdan medalsız qayıtmayacağıma əmin idim

Azərbaycanlı alimlər riyaziyyata dair yeni elmi araşdırmalar aparıblar

“Qısa ömrün xatirələri” adlı kitabın təqdimatı keçirilib

Payız semestrində 4 mindən çox tələbə təhsil krediti alıb

Nazir: Bakı bulvarının uzadılması planlaşdırılır

Şəhərsalma və Arxitektura Komitəsi Dubayda COP28 çərçivəsində Azərbaycan pavilyonunda təmsil olunacaq

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Elmar Məmmədov 31 ildən sonra Şamaxıda dəfn olunub VİDEO

Almaniya telekanalında hazırda bölgədə mövcud olan vəziyyətdən danışılıb VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq

"Neftçi"nin zədəli futbolçularının son durumu açıqlanıb

Bakı Beynəlxalq Astronavtika Konqresinin sərgi pavilyonunda 33 ölkədən 140-dan çox şirkətin stendi artıq quraşdırılıb VİDEO

Con Paterson: Dağıdılmış şəhərlərin yenidən bərpasını görmək heyrətamizdir

Bakıda Rusiya ali məktəblərinin təhsil sərgisi açılıb

İşğaldan azad edilmiş ərazilər üçün Karbon Neytrallığı Konsepsiyasının layihəsi hazırlanıb

Maksim Tatarintsev: MONO sərgisi insanın süni intellektlə qarşılıqlı fəaliyyətini tədqiq edir

Azərbaycan BMT-nin Məskunlaşma Proqramına bir milyon ABŞ dolları məbləğində vəsait ayırıb

Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramına (UN-Habitat) vəsait ayrılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Nazir: Biz bütün ölkədə yaşıllıqların artırılmasını hədəfləmişik

“Azərbaycan Respublikasında minatəmizləmə fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 sentyabr tarixli 1441 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Avropa Liqası: “Qarabağ”ın İsveçə səfər planı bəlli olub

Muxtar Babayev: 2050-ci ilə qədər dünya əhalisinin 67 faizi şəhərlərdə yaşayacaq

Nazir: Ekoloji problemlərin həlli dövlət siyasətinin prioritet vəzifələrindəndir VİDEO

Son vaxtlar ürək xəstəlikləri atipik formada keçir

Qarabağda tikinti tullantılarının dayanıqlı şəkildə idarə olunması işlərinə başlanılıb VİDEO

Prezident İlham Əliyev Beynəlxalq Astronavtika Federasiyasının prezidentini qəbul edib YENİLƏNİB VİDEO