Avrokomissiya “Apple”, “Google” və “Amazon” barəsində araşdırmaya başlayıb
Bakı, 18 iyul, AZƏRTAC
Avropa Komissiyası “Apple”, “Google”, “Amazon” və bir sıra başqa şirkətlərin səs assistentləri və “Əşyalar interneti” bazarında rəqabəti pozduğunu yoxlamaq üçün onlar barəsində antiinhisar araşdırmasına başlayıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəqabət məsələləri üzrə rəhbərinin müavini Marqret Vestaqer deyib.
O bildirib ki, öz bazar mövqeyindən sui-istifadə edən böyük şirkətlər rəqabət mühitini tez bir zamanda inhisarçılığa çevirə bilərlər.
"Səs köməkçiləri və "ağıllı" qurğular bizim seçimlərimiz haqqında bir çox məlumatlar toplaya bilər. Böyük şirkətlərin bu məlumatlardan sui-istifadə etməsi riski mövcuddur", - deyə M.Vestaqer qeyd edib.
Elan edilmiş araşdırma hələ ki, erkən mərhələdədir. Avropa Komissiyası məlumat toplamaq üçün yüzlərlə "ağıllı" ev, daşının qurğular istehsalçısına və səs köməkçiləri istehsalçılarına sorğu göndərib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.11.2026 [22:11]
Ərdoğan ilə Tramp arasında telefon danışığı olub
- 07.11.2026 [08:58]
Mask: Süni intellekt gələcəkdə bütün insan ehtiyaclarını ödəyə biləcək
- 07.11.2026 [08:28]
Avropadakı aviaşirkətlər daha çox bomba təhdidi ala bilər
- 07.11.2026 [07:15]